Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sən Həyatını Yaxşılaşdıra Bilərsən

Louise L. Hay

Sən Həyatını Yaxşılaşdıra Bilərsən Sözleri ve Alıntıları

Sən Həyatını Yaxşılaşdıra Bilərsən sözleri ve alıntılarını, Sən Həyatını Yaxşılaşdıra Bilərsən kitap alıntılarını, Sən Həyatını Yaxşılaşdıra Bilərsən en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Günahkarlıq hissi olduqca lazımsızdır.Bu hiss nə vəziyyəti dəyişir,nə də kiminsə özünü yaxşı hiss etməsinə kömək edir.
Əgər biz yaxşı və pis nə varsa, bütün təcrübələrimizə məsuliyyət daşımağı seçiriksə, keçmişdən bizə qalmış mənfi təsirlərin yanımızdan ötüb keçməsinə şərait yaratmış olacağıq.
Sayfa 18 - “Əli və Nino” Nəşriyyatı 2021Kitabı okudu
Reklam
Biz qurbanların qurbanıyıq.Onlar bilmədiklərini bizə öyrədə bilməzdilər.Ananızın,yaxud atanızın özünü sevməyi bilmədiyi halda sizə bu hissi öyrətməsi qeyri-mümkündür.Onlar uşaqlıqda öyrəndiklərini tətbiq etmək üçün əllərindən gələni edirlər.Əgər valideynlərinizi daha yaxşı başa düşmək istəyirsinizsə,onlardan öz uşaqlıqları haqda danışmağı xahiş edin.Əgər siz onları diqqətlə dinləsəniz, onlarda olan qorxunun,sərt davranışların haradan gəldiyini biləcəksiniz.
Reklam
Buna inanıram: Nəsə ona görə gedir ki, yerini yeni və daha yaxşı olana versin.
Hamımız nəsə öyrənməliyik. Bizim üçün çətin olan şeylər yalnız öyrənmək üçün seçdiklərimizdir. Bizə nələr asan gəlirsə, deməli, onlar bizim üçün dərs deyil. Çünki biz onlar barədə artıq bilirik.
Sayfa 59 - TeasPress
Yağışlı günün pis olmasına inanırıqsa, belə hava həmişə ürəyimizi sıxacaq. Şəraitə uyğunlaşmaq əvəzinə, havaya qarşı çıxacağıq.
Sayfa 47 - TeasPress
Başqalarının daha çox imkana malik olmasına paxıllıq etməklə öz inkişafınızı gecikdirməyin.Başqalarının pullarını necə xərclədiyini tənqid etməyin.Bunun sizə heç bir aidiyyəti yoxdur.Hər kəs öz şüuru ilə hərəkət edir.Öz düşüncələrinizin qeydinə qalın.
35 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.