Hər kəs bir dəfə belə olsa həyatını necə dəyişəcəyi barədə düşünüb. Bəs həyatımızı yaxşı yönə dəyişmək üçün düşüncələrimizdən başlasaq? İnsan düşüncələrini dəyişməklə həyatını da dəyişmə potensialina malikdir. Louse Hay dediyi kimi “Positiv düşüncələrin şüurunuzda kök salmasına imkan yaradın və yeni ideaların necə reallaşmasına görə narahat olmayın. Çünki imkanlar özü sizin yolunuza çıxacaq” Diqqətimi çəkən digər hissə isə bir çox xəstəliklərin ehtimal olunan səbəbləri və onunla mübarizə üçün yeni düşüncə nümunələrinin verilməsidir.Kitabı oxuyarkən müsbət düşüncənin insan həyatına təsiri sizi də təəccübləndirməklə hadisələrə fərqli baxış yaradacağına əminəm. Oxuyacaq olanlara xoş mütaliələr.