Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səninlə...

Vahid Aziz

Səninlə... Gönderileri

Səninlə... kitaplarını, Səninlə... sözleri ve alıntılarını, Səninlə... yazarlarını, Səninlə... yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Desəm: "sənsiz yaşamaram", Yalan olar, Yaşayaram, amma necə? Sənə nə var? Ürəyimə olan- olar. Hər nə olsa, olacaqmı ürəyincə? Desəm: "səni unutmaram", Yalan olar, Unudaram, amma necə? Kül olaram yad ocaqda Özgə közə öyrənincə. Desəm: "sənsiz ağlamaram", Yalan olar, Hicran yolu məni dərdə salan olar, Bir gün dönsən (hər möcüzə inan, olar) Yalvarmağa şəklin qalar Sən gəlincə. Desəm: "sənsiz yaşayaram", Yalan olar...
Sayfa 158 - YALAN OLARKitabı okuyor
Dərdi olmaz biçənəyi biçənin, Bulaqların nəğməsini içənin, El yolunda öz canından keçəni Vəsf eləyən bu çiçəklər qalacaq. Tale bizə nə oxumaz, nə çalmaz?.. Amma heç nə sevgi qədər ucaltmaz, Bilirsənmi dünya niyə qocalmaz? Sinəsində bu göyçəklər qalacaq...
Sayfa 157 - QALACAQKitabı okuyor
Reklam
Gedəcəyik, bu şəkillər qalacaq, İtəcəyik- sözlər, izlər qalacaq, Geci-tezi bu dünyadan bir zaman Köçəcəyik, qızılgüllər qalacaq.
Sayfa 157 - QALACAQKitabı okuyor
Bir meşədə od qaladıq- Ocaq yandı, kül oldu, Ocaq söndü, su caladıq, külü bəyaz lil oldu. Sənə dedim: "Gəl aparaq", Dedin: "Kömür deyil bu", Dedim: "Bəlkə biz də yanaq?" Dedin: "Qismət deyil bu". Bəs bu necə ömürdü ki, Ayrı-ayrı yanmışıq? Bəs o necə kömürdü ki, Varlığını danmışıq? Sürüyəndə bir-birinə Sarılırdı çırpılar, Od tutanda bircə dəfə Gözlərini qırpdılar. Sənə dedim: "Sarıl mənə!", Yanıb birgə qalmadıq, İkimiz də bu sevgidən Doyunca kam almadıq...
Sayfa 155 - KÖMÜRKitabı okuyor
Özgədən məktublar gözləmirəm mən, Mənə kim yazacaq, nə cür yazacaq? Yoxsan, ömrüm-günüm, qəfildən ölsəm Qəbrimi kim gəlib nə cür qazacaq? Özünlə apardın arzularımı, Orda arzuların dəyəri varmı? Gülüm, qat-qarışıq yuxularımı Hərdən kim yozacaq, nə cür yozacaq? Divanə eləyib röyalar məni, Gah səni görürəm, gah əllərini, Gəlməsən, Şeytanın əməllərini Duyub kim pozacaq, nə cür pozacaq?
Sayfa 154 - SƏN YOXSAN...Kitabı okuyor
Yol verib tutsan əlimdən, adın düşməz qələmimdən, görəcəksən, mən də mənəm- özünə düşmən eləmə!
Sayfa 154 - A DAĞLAR, DUMAN ELƏMƏKitabı okuyor
Reklam
Bu ümid də məni qoydu gümansız, Vurub keçdi cəllad kimi amansız, Dillər tökdüm, inanmadı imansız, Baxıb gördüm qəlbi daşdı, ayrıldıq.
Sayfa 153 - AYRILDIQ...Kitabı okuyor
...Bir röyada tutacaqdım əlindən- Çağırdılar, yuxum qaçdı, ayrıldıq.
Sayfa 153 - AYRILDIQ...Kitabı okuyor
Çəmənlərdən yolum düşdü min kərə, Güllər vaxtsız solub-açdı, ayrıldıq, İlk görüşdən nə gəldisə gözlərə- Son günü də gözüyaşdı ayrıldıq. Yoxa çıxdı: əridimi, uçdumu, Səsdi, ruhdu, ulduzdumu, quşdumu? Anlamadım: bilə-bilə çaşdımı, Yar danışdı ikibaşdı, ayrıldıq.
Sayfa 153 - AYRILDIQ...Kitabı okuyor
Tələbəydik, sən tərtəmiz, mən duru, Sən şəhərin, mən dağların övladı, Nə mən dindim, nə sən atdın qüruru, Söz demədim, cavabını almadım.
Sayfa 151 - EYVANDA BİTƏN YASƏMƏN AĞACIKitabı okuyor
152 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.