Səninlə...

Vahid Aziz

En Beğenilen Səninlə... Gönderileri

En Beğenilen Səninlə... kitaplarını, en beğenilen Səninlə... sözleri ve alıntılarını, en beğenilen Səninlə... yazarlarını, en beğenilen Səninlə... yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həzin bir nəğmədir ürəyimdəki, Elə hey çağlayar, elə hey daşar, Yarsan- ürəyimdə asta gəz, həkim, Birdən bıçağına arzum dolaşar. Ovcuna çilənsə, qorxma, qan deyil- Büllur bir sevdadır axar sinəmdən, Mənim ki ürəyim damardan deyil, Asılmış bir qızın hörüklərindən...
Sayfa 88 - HƏKİMƏ MƏKTUBKitabı okuyor
Açdım əllərimi, kainat mənim! Göylərə açardı bu qanad, bu qol, Mənə ümid gətir, sənə güvənim, Sən mənim sabahım, azadlığım ol!..
Sayfa 170 - ÖLSƏM- DƏFN ELƏYİN QARANQUŞ KİMİKitabı okuyor
Reklam
Bu ümid də məni qoydu gümansız, Vurub keçdi cəllad kimi amansız, Dillər tökdüm, inanmadı imansız, Baxıb gördüm qəlbi daşdı, ayrıldıq.
Sayfa 153 - AYRILDIQ...Kitabı okuyor
(ifa- Röya Ayxan)
Ürəyimi bilə-bilə oda salıb unuduldum, gözyaşımı silə-silə yada salıb, unuduldum. Baş-başayam gileyimlə, səni sevən ürəyimlə, köçən durna taleyimlə haray salıb, unduldum. Nəqarət: Anlamadım eşqini nə tikan, nə gül kimi, sevgimizə yad kimi unuduldum. Unuduldum bilə-bilə, sevə-sevə, unuduldum, gözyaşımı silə-silə unuduldum. II Doğma izlər harda itib? mənim üçün zaman bitib, ötənlərə qərib-qərib heyran olub, unuduldum.
Sayfa 194 - UNUDULDUM...Kitabı okuyor
Tələbəydik, sən tərtəmiz, mən duru, Sən şəhərin, mən dağların övladı, Nə mən dindim, nə sən atdın qüruru, Söz demədim, cavabını almadım.
Sayfa 151 - EYVANDA BİTƏN YASƏMƏN AĞACIKitabı okuyor
Çoxalır get-gedə nadürüst, nadan, Bu "Milli bəla"nın görünməz sonu! Doğma qardaşına arvad qısqanan, Cangüdən kişiyə tapşırar onu. Hər əmrə müntəzir boyun əyənlər Qırıq vicdanının badına gedər, Allaha bəndəlik eləməyənlər Xalqın qəzəbindən canını güdər! Şərhə nə ehtiyac, belədir işlər, Çoxunun əyninə dərisi dardı, Bizim vaxtımızda yaxşı kişilər Təkcə can üstündə can tapşırardı...
Sayfa 163 - CANGÜDƏNKitabı okuyor
Reklam
142 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.