Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Son Mektub

Varis

Son Mektub Gönderileri

Son Mektub kitaplarını, Son Mektub sözleri ve alıntılarını, Son Mektub yazarlarını, Son Mektub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
264 syf.
7/10 puan verdi
·
4 günde okudu
Təsadüf nəticəsində Varis Yolçuyevin “Son məktub” kitabını oxudum. Məzmun olaraq mənə xitab etməsə də, yazıçının qələmini çox sevdim. Kitabın dili sadə, axıcı olmaqla bərabər cümlələr, ifadə tərzi çox təsirli idi. 1000 kitapda ən çox alıntı paylaşdığım kitab ola bilər) Sujet xəttini, ifadə tərzini çox bəyənsəm də, sonunu belə görmək istəməzdim. Heç bir qadın sevilmədiyi, seçilmədiyi yerdə qalmamalı, kitabdakı kimi ömrünü çürütməməlidir. Ümumiyyətlə, istər qadın, istərsə də kişi ilk özünə hörməti bacarmalıdır ki, digərlərindən eyni şəkildə qarşılıq ala bilsin. Siz siz olun Nailə kimi etməyin :)
Son Mektub
Son MektubVaris · Yuva · 0318 okunma
Vaxt, zaman necə də qəddardır, səndən təravətli hər şeyi alır.Əvəzinə yalnız solmuş xatirələr verir…
Sayfa 138 - YuvaKitabı okudu
Reklam
Demək, bəzən istər-istəməz qoyduğumuz nöqtələrin vergülə çevrilməsi reallığı ilə barışmalı oluruq…
Sayfa 129 - YuvaKitabı okudu
O ki qaldı atama… Hansı səbəbdən olursa-olsun ailəsini atan,dünyaya gətirdiyi övladları taleyin ümidinə buraxan şəxsə heç vaxt bəraət ola bilməz.
Sayfa 113 - YuvaKitabı okudu
Qəm ağrıdır, hərdən gəlir, hərdən gedir. Baş ağrısı, diş ağrısı, qarın sancısı kimi. Kədər isə artıq daim səninlə olan xroniki xəstəlikdir.
Sayfa 108 - YuvaKitabı okudu
“Hədisül-Qüds”dən oxuyur: “Onlara nə verilsə də, onunla qane olmazlar.Onlardan nə isə əsirgəyəndə isə səbirləri tükənər.Onlar xeyirxah əməllərdən danışarlar, özləri isə heç nə eləməzlər. Onlar pis olanları yasaq edər, özləri də həmin o əməllərdən çəkinməzlər. Onlar yaxşı insanları sevərlər,özləri isə onlardan olmazlar. Onlar ikiüzlülərə nifrət edərlər, özləri isə onlardan biri olarlar…
Sayfa 94 - YuvaKitabı okudu
Reklam
“İnsanın cismən şikəst olması elə də qorxulu deyil, ən qorxulusu mənəvi şikəstlikdir”
Sayfa 93 - YuvaKitabı okudu
İnsan itirə-itirə və tapa-tapa yaşayan bir varlıqdır. Tapdıqları itirdiklərindən çox olanda özünə xoşbəxt adı qoyur. Amma çox vaxt bu əksinə olur…
İnsan səhnədə rol oynayarkən xeyli məşq edir, sözlərini, mimikasını,hərəkətlərini əzbərləyir. Nəyisə düz eləmədimi, təkrar cəhd şansı olur. Əfsus ki, həyat səhnəsində məşqlərə imkan verilmir…
Axı o son görüşümüzdə qapını örtüb gedərkən ani bir hiss keçmişdi içimdən, geri qayıdıb bu doğma insanı qucaqlayım. ona olan hədsiz istəyimi, ehtiramımı bildirim, ona xoș söz- lər deyim.. Niyə demədim, bütün xoş sözləri ondan əsirgədim, növbəti, heç vaxt olmayacaq görüşə saxladım?! Niyə axı beləyik, əksər hallarda ən yaxın, ən doğma sandıqlarımızı belə xoş sözlərdən, xoș rəftardan məhrum edirik?!
Sayfa 244 - Nailə,Yunus Hoca
432 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.