Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sözler ve Alıntılar

Tümünü Gör
"Spartak füsunkar Valeriya Messalaya salam göndərir və xoşbəxt olmağını arzu edir. Mənim füsunkar Valeriyam, səni sevdiyim üçün Mark Krassla görüşdüm, dedim ki, silahı yerə qoyuram. Sənə və bizim əzizimiz Postumiyaya bəslədiyim məhəbbət xatirinə mən hər şeyə razı olardım. Lakin Siciliya pretoru mənə veriləcək həyatın və azadlığın əvəzinə, məndən xəyanət tələb etdi. Mən sənə qarşı nankor, qızıma qarşı rəhmsiz olmağı, qardaşlarıma xəyanət etməkdən, adımın əbədi rüsvayçılıqla ləkələnməsindən üstün tutdum. Bu məktubu alanda, mən yəqin, daha sağ olmayacam. Qarşıda böyük və qəti vuruşma durur, bu vuruşmada mən həyatımı şərəflə sona yetirəcəyəm. Ədavətli taleyin hökmü belədir. Ey mənim füsunkar Valeriyam, bu qədər ki, səni dərdlərə saldım, bunun üçün ölməzdən əvvəl səndən üzr istəmək ehtiyacını duyuram. Məni əfv et, ömrünü şən keçir. Ölərkən sənin mərd qəlbinə, sevən ruhuna xeyir-dua verirəm. Möhkəm ol, yaşa, mənə olan məhəbbətin xatirinə, o məsum körpənin xatirinə yaşa. Mənim son busəmi qəbul et, sənin SPARTAK'ının son fikri, qəlbinin son çırpıntısı sənə doğru can atır."
Həddindən artıq inanmamaq həddindən artıq inanmaqdan yaxşıdır, elə deyilmi?
Sayfa 573Kitabı okudu
Reklam
Müəllifdən Qeyd
Birdəfəlik demək lazımdır: bu əsərin süjetini təşkil edən qladiatorlar üsyanını, ya müharibəsini romalılar və onların tarixçiləri - Romanı ləkələyən, şərəfinə toxunan müharibə hesab edirlər. Buna görə də tarixçilər Romanın qüruruna toxunmamaq üçün, bu müharibədən çox az, həm də kədərlə xatırlanan, acınacaqlı hadisə kimi bəhs edirlər, onun əhəmiyyətini və əzəmətini azaltmağa çalışırlar. Bununla belə, onlar bu hadisədən lazımınca danışmağa, bədbəxt qladiatorları, xüsusilə, Spartakı şöhrətləndirməyə məcbur olmuşlar. Biz isə Spartakı bir sərkərdə kimi, heç tərəddüd etmədən, Mari və Sezarla bir bərabərdə tuturuq. Lutsi Flor özü, bütün tarixlərdən daha çox bu müharibədən təəssüblə danışsa da, həmin tarixi dövrdən bəhs edərkən həm qladiatorlar, həm də onların rəhbəri haqqında olmazın həqarətli sözlər işlətsə də, bunu etiraf etməyə məcbur olmuşdur: "Spartak ön sıralarda qəhrəman kimi vuruşaraq, ən ləyaqətli sərkərdə şöhrəti ilə həlak olmuşdur"
Elə bir adam yoxdur ki, taleyin taleyin zərbələri qarşısında dura bilsin, belə adam olmayacaq da. Ən qüdrətli iradəyə malik olan şəxslərin də səyi onun qarşısında heçdir. Kirdən tutmuş Pirrə kimi, Ksreksdən tutmuş Hannibala kimi tarix belə göstərir.
- Mərd qoca, nə elədin? Fastsi ilə mənim qabağımda getmək sənə ağır gəlirdisə, niyə məndən xahiş eləmədin ki, səni bu işdən azad eləyim?.. Qüvvətli adam həmişə qüvvətli adamın vəziyyətini başa düşər, mən də sənin vəziyyətini başa düşərdim... - Qullar azad adamların vəziyyətini başa düşməz. Spartak başını yırğaladı, qocaya yazığı gələrək, acı-acı gülümsədi: - Ey böyük insan kimi doğulan, lakin tərbiyə olunduğun mühitin puç fikirləri, pis adətləri, boş iddiaları içində xırdalanıb dayazlaşan adam!.. Yer üzündəki insanlar arasında kim belə bölgünü qoydu, kim onları qullar, azad insanlar deyə iki yerə böldü? Romalılar Frakiyanı tutana kimi, mən azad deyildimmi? Akvin ətrafındakı vuruşmada məğlub olandan sonra, sən də mənim kimi qul ola bilməzdinmi?
Reklam
Hamı qayğısız və şən görünürdü: ürəkaçan, xoş əyləncə gözləyən adamların üzündə belə bir ifadə olurdu.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.