Gönderi

"Spartak füsunkar Valeriya Messalaya salam göndərir və xoşbəxt olmağını arzu edir. Mənim füsunkar Valeriyam, səni sevdiyim üçün Mark Krassla görüşdüm, dedim ki, silahı yerə qoyuram. Sənə və bizim əzizimiz Postumiyaya bəslədiyim məhəbbət xatirinə mən hər şeyə razı olardım. Lakin Siciliya pretoru mənə veriləcək həyatın və azadlığın əvəzinə, məndən xəyanət tələb etdi. Mən sənə qarşı nankor, qızıma qarşı rəhmsiz olmağı, qardaşlarıma xəyanət etməkdən, adımın əbədi rüsvayçılıqla ləkələnməsindən üstün tutdum. Bu məktubu alanda, mən yəqin, daha sağ olmayacam. Qarşıda böyük və qəti vuruşma durur, bu vuruşmada mən həyatımı şərəflə sona yetirəcəyəm. Ədavətli taleyin hökmü belədir. Ey mənim füsunkar Valeriyam, bu qədər ki, səni dərdlərə saldım, bunun üçün ölməzdən əvvəl səndən üzr istəmək ehtiyacını duyuram. Məni əfv et, ömrünü şən keçir. Ölərkən sənin mərd qəlbinə, sevən ruhuna xeyir-dua verirəm. Möhkəm ol, yaşa, mənə olan məhəbbətin xatirinə, o məsum körpənin xatirinə yaşa. Mənim son busəmi qəbul et, sənin SPARTAK'ının son fikri, qəlbinin son çırpıntısı sənə doğru can atır."
·
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.