Dörd Cilddə

Əsərləri - II Cild

Cafer Cabbarlı

En Eski Əsərləri - II Cild Gönderileri

En Eski Əsərləri - II Cild kitaplarını, en eski Əsərləri - II Cild sözleri ve alıntılarını, en eski Əsərləri - II Cild yazarlarını, en eski Əsərləri - II Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən həqiqət sandığım çoх səslərin, çoх sözlərin sonradan bir yalan, bir əyləncə olduğunu görmüşəm. Oktay Eloğlu
Adam mərd ilə dava etsə, kürəyindən vurulacağını ağlına gətirməz. Oktay Eloğlu
Reklam
Əbdül əmi, sənə and vеrirəm o Allaha, nə qədər mənə indi yaхşılıq еləyirsən, mən öləndən sonra mənim çiçəklərimə еlə!.. Qoyma mənim çiçəklərim solsunlar... Onlar mənim хoşbəхt günlərimin yadigarıdır.
360 syf.
3/10 puan verdi
·
7 günde okudu
İkinci cildə “Vəfalı Səriyyə”, “Solğun Çiçəklər”, “Nəsrəddin Şah”, “Ulduz”, “Ədirnə Fəthi”, “Aydın”, “Oqtay Eloğlu”, “Od Gəlini” pyesləri daxildir. "Vəfalı Səriyyə" Qıza özünün alınıb-satılan malı kimi baxan, onun bir əşya kimi heç bir hissinin olmadığını düşünən ailə böyükləri, pulu görüb dini unudan "din adamları", siğə kimi dinin adına ləkə kimi yaxılmış molla uydurması əməllərə ən böyük savab donu geyindirilməsi və s. Qısası 20-ci əsrin əvvəlləri Azərbaycan yaşayışı. "Aydın" Xəyanət bataqlıq kimidir. Kirlənmədən o bataqlıqdan çıxmaq mümkün deyil. İlk vaxtlarda bataqlıqdan öz gücün hesabına çıxa bilərsən. Bunu etmədikdə, o səni bir az da çəkəcək. O qədər ki, artıq özbaşına çıxmaq mümkün deyil. Gərək kimsə əlindən tutsun, səni o bataqlıqdan dartsın, çıxarsın. Dəstək olacaq heç kim yoxdursa, batırsan, batırsan, çıxmağa çalışıb çapaladıqca daha çox batırsan və sonda yox olub gedirsən.
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200564 okunma
"Vəfalı Səriyyə." (1915)
Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcaba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!!
Sayfa 12
“Solğun çiçəklər”
Vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Fəlakətlər təcəssüm edib nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib insanın vicdanına hücum etsə də, səmalar tənəzzül edib bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan!
Reklam
57 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.