Dörd Cilddə

Əsərləri - II Cild

Cafer Cabbarlı

Əsərləri - II Cild Gönderileri

Əsərləri - II Cild kitaplarını, Əsərləri - II Cild sözleri ve alıntılarını, Əsərləri - II Cild yazarlarını, Əsərləri - II Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ala, bu da bizim şəriətmədarımız. Şəriətimizdə nеcə gözəl yollar, maraqlı təriqlər var!.. Baхın, indi nеcə şəriətə хilaf gеdən vicdansızlar özlərini şəriətmədar adlandırırlar. Əfəndim!
Sayfa 26 - "Vəfalı Səriyyə" , Rüstəm
Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr ba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısıunudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıхmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, pеyğəmbər, imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar! Cəhalətin pəncəyibiəmanində, səfalətin qəhri-nəhanində puç olub gеdirsiniz! Haradasınız, еy vicdaniyyət, еy həqqaniyyət ki, bu qədər zülmlərə qarşı bir çarə aхtarmırsınız?
Sayfa 12 - "Vəfalı Səriyyə",Məhərrəm
Reklam
235 syf.
·
Puan vermedi
Cəfər Cabbarlı ll cild
1.Vəfalı Səriyyə Səriyyə 17 yaşlı gözəl-göyçək gənc qızdır. Atası öləndən sonra anası ilə birgə əmisi evində yaşayırlar.Əmisi oğlu Rüstəmlə bərabər böyüyüb, bir-birlərinə ayrılmayacaqlarina söz verirlər. Lakin Səriyyənin əmisi öləndən sonra Səriyyənin anası onları ayırıb öz dayısı oğluna qızını vermək istəyir. Yalandan şahid tutub axunda nikah kəsdirirlər. Rüstəm sevdiyi qızdan ötrü əlindən gələni edir. Və pyesin sonu xoşbəxtliklə bitir 2.Solğun çiçəklər Sara və Bəhram doğma əmi qızı - əmi oğludular.Və bir -birilərini uşaqlıqdan sevirlər.Saranın ögey anası ərinin bütün mal-mülkünü özünün adına keçirdib, kişini zəhərləyib öldürür. Qızı Pəri də Bəhrami sevir və anası ilə birləşərək Saranı Bəhramdan ayırmağa və özü ərə getməyə çalışır. Və işlətdikləri fitnə-fəsadlar işə yarayır. Bəhramin gözünü pul-para bürüyür və Pəri ilə evlənməyə razı olur. Və olanlar Saraya olur. 3.Ulduz Mövzu Trablis, İstanbulun qorunması uğrunda Osmanlı və İtaliyanın müharibəsindən gedir. Ramiz silahdaşları ilə birgə ölkəsini qorumaq üçün əlindən gələni edir və İzzət Paşanın qızı Ulduzla bir-birlərini sevirler,lakin atası razı olmadığı üçün qaçmaq məcburiyyətində qalırlar. Ulduzu Ramizin dəstəsindən başqa xain Xalid adli gəncdə sevir və fitnə-fəsadlarin işə salaraq Ulduz və Ramizi ayırmağa çalışır.
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200563 okunma
Mən onu demək istəyirəm ki, onun hər bir ixtiyarı özündə olmalıdır. Qeyri bir kəsdə onun ixtiyarı ola bilməz.
Vəfalı Səriyyə
Ah, yazıq qızım, gözləri bahar buludu kimi nəmli...
Nəsrəddin şah
Yanılırsan, Oqtay! Pulsuz, peyğəmbər ol, yenə sözlərinin qiyməti olmaz.
Sayfa 255 - (Oqtay Eloğlu pyesindən)Kitabı okudu
Reklam
Bəlkə...
Sənsiz günəş görünməsin, qaralara boyansın, Oхu, bülbül, bəlkə yarım oyansın...
Əziziyəm, ağlamazdım, Gülərdim, ağlamazdım. Bilsəydim, vəfan budur, Sənə bеl bağlamazdım...
57 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.