Puan

710 üzerinden
23 kişi
5/10
·452 syf.··
2022 29. kitabı
Y.V.Çəmənzəminlinin qələmini çox bəyəndiyim üçün bu kitabdan gözləntilərimi yüksək tutmuşdum. Halbuki, ilk səhifələrində çox fərqli bir şey oxumayacağımı anladım. Roman Rüstəmbəyin siyasi, sosial həyatını daha çox əks etdirir. Yazar, bir neçə cümləylə Rüstəmbəyin daxili, psixoloji halının ağır olduğunu bildirir və təəssüf ki, göstərə bilmir. Sözlərdə qalır. Üslub və təhkiyədə boşluq hiss edilir oxuyarkən. Romanı nə tarixi, nə sevgi, nə psixoloji janra aid etmək olur. Qısası, nə o yanlıqdır, nə bu yanlıq. Çox gözəl başlayan bir neçə sevgi hekayəsini yazar yarımçıq qoyur və bəsit sonlarla oxucunu məyus edir. Bütün romanları, kitabları sevə bilmərik - cümləsini bu kitab üçün də söyləyə bilərəm.
Edebiyat & Roman
StudentlərYusuf Vezir Çemenzeminli · Hədəf · 201379 okunma
Puan vermedi
"Studentlər" inqilabdan əvvəl türk tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək müfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi. Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?...
StudentlərYusuf Vezir Çemenzeminli · Hədəf · 201379 okunma