Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təbriz Namusu

Fərman Kərimzadə

Təbriz Namusu Sözleri ve Alıntıları

Təbriz Namusu sözleri ve alıntılarını, Təbriz Namusu kitap alıntılarını, Təbriz Namusu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Allaha acıq getməsin, Azərbaycanı elə zəngin, elə gözəl yaradıb ki, hansı düşmən dişini itiləyirsə, bura cumur. Nemətlərimizi yeyib, doymaq bilmirlər.
Sayfa 53 - Kitab KlubuKitabı okudu
Qəribədir, altmış il əvvəl Hülaki xan İrana hücum edəndə şəhərlərin ətrafındakı divarları sökdürürdü ki, əgər bu şəhər mənimdirsə, onu qala divarı yox, mənim qoşunlarım qoruyacaq. Amma indi onun nəvələri tikdirdikləri şəhərləri hasarla əhatə edirlər. Demək, ölkə gücdən düşür, özünü qorumağa yeni vasitələr axtarırdı.
Reklam
Fərman Kərimzadə "Təbriz namusu"
"-Mən fikirləşirəm ki, Nuh peyğəmbər insanları xilas etməklə çox səhv iş görüb. Görürsən, təbiət, bulaqlar, başı qarlı dağlar, meşələr necə gözəldir. İnsan isə özülündən natəmiz yaradılıb. O bütün gözəlliyin qənimidir... İnsan bu dünyada gözə gələn nə varsa, hamısının axırına çıxacaq. "
Sayfa 128 - Kitab klubu; Diməşq Xoca
İndi-indi özümüzə gəlirik, içimizdə bir nəfər yetişib, ərsəyə çatıb, o, tayfalarımızın, vətənin dərdinə məlhəm ola bilər, onu da kökündən baltalayıb yıxmaq istəyirik. Kim başa düşürsə, düşünən başları kəsib, atmaq istəyirik. Özümüza rəqib olacaq adamlarımızdan tez yaxa qurtarmağa çalışırıq.
Sayfa 54 - Kitab KlubuKitabı okudu
Bu dünya güc üstündə qurulub. Gücün var, ağalıq elə, yaşa. Gücün yoxdursa, nökər ol, baş əy, açıq boynun qılıncın altında qalsın.
Sayfa 35 - Kitab KlubuKitabı okudu
Başı bəlalı vətənimizin dərdləri çoxdur. Allaha acıq getməsin, Azərbaycanı elə zəngin, elə gözəl yaradıb ki, hansı düşmən dişini itiləyirsə, bura cumur.
Reklam
Mən fikirləşirəm ki, Nuh peyğəmbər insanları xilas etməklə çox səhv iş görüb. Görürsən təbiət, bulaqlar, başı qarlı dağlar, meşələr necə gözəldir. İnsan isə özülündən natəmiz yaradılıb. O bütün gözəlliklərin qənimidir. İnsan, bu dünyada gözə gələn nə varsa, hamsının axırına çıxacaq. Nuh peyğəmbər də allahın əleyhinə iş görüb. Əgər bizi yaradan sel törədib, bütün canlıları məhv eləmək istəyirdisə, qoy öz işini görəydi. Onda tərtəmiz bir dünya qalardı ki, ona da insan lazım olmazdı, təmizlik paklıq içində yaşardı.
Sayfa 128 - Kitab KlubuKitabı okudu
Allahın hüzuruna müti qul kimi çıxmaq heç allahın da xoşuna gəlmir. O, mütiliyin özündə xainlik, satqınlıq da gizlənə bilər. Haqqa çatmış adam seviməli gülməli, oynamalıdırlar, ağlamalı deyil. Qəbiristanda da ağlayırıq, haqqa qovuşanda da?...
Kitab KlubuKitabı okudu
Dünyaya ovcunda bir parça qanla gələn hökmdar, dünyadan da qan gölünün içindən keçib gedirdi.
Sayfa 249 - Kitab KlubuKitabı okudu
Arpa çayı aşdı -daşdı... Sel Saranı aldı, qaçdı... Qələm qaşlı, gözü yaşlı... Apardı sellər Saranı... Bir ala gözlü balanı...
Sayfa 246 - Kitab KlubuKitabı okudu
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.