Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

The Choice: Embrace the Possible

Edith Eger

En Eski The Choice: Embrace the Possible Gönderileri

En Eski The Choice: Embrace the Possible kitaplarını, en eski The Choice: Embrace the Possible sözleri ve alıntılarını, en eski The Choice: Embrace the Possible yazarlarını, en eski The Choice: Embrace the Possible yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Azadlığın ironiyası budur ki, onda ümid və məqsədi tapmaq daha çətindir.
Sayfa 147
Sonradan eşidəcəyəm ki, oğlanlar öz "anaları", qızlar isə "ataları" ilə evlənirlər. Ancaq mən deyərdim ki, biz öz həllini tapmamış problemlərimizlə evlənirik.
Sayfa 164
Reklam
İnkar bizim qalxanımızdır. Keçmişimizi kəsib atmaqla və bu sükut andında bir-birimizi dəstəkləməklə həyatımıza vurduğumuz zərəri hələ anlamırıq. Əminik ki, yaşanan hər şeyi etibarlı şəkildə gizlətsək, daha xoşbəxt və əmin-amanlıqda olacağıq.
Sayfa 167
Hələ başa düşmürəm ki, bacımı incidən tənhalıqdan daha çox özünün sevgiyə layiq olmadığına olan əminliyidir.
Sayfa 171
Gələcəyimiz dəyişənlərin niyyət və şərait olduğu bir tənlikdir. Və niyyətlərimiz dəyişə bilər. Yaxud da bölünə bilər.
Sayfa 196
Həmişə iki dünya mövcuddur: seçdiyim və inkar etdiyim dünya. İkincisi icazəm olmadan həyatıma nüfuz edir.
Sayfa 230
Reklam
Qaranlığı qovmağı seçə bilmərik, lakin işıq yandırmaq bizim ixtiyarımızdadır.
Sayfa 243
Onun səsinin eşidilməsi üçün susmağım məni incidirdi.
Sayfa 247
İçimdə həmişə, elə indi də daşıdığım bu dibsiz quyunu heç bir insan, heç bir uğur doldura bilməz. İtirdiyim valideynlərimi və uşaqlığımı heç vaxt heç nə əvəz etməyəcək. Və heç kim mənim azadlığıma cavabdeh deyil. Təkcə mən.
Sayfa 261
Onlar nədən (təqdirolunma, alış-veriş, mükəmməl olmaq ehtiyacı və s.) imtina edəcəklərini seçə bilərlər - çünki hətta azadlıq da havayı deyil.
Sayfa 270
Reklam
Biz özümüzün həbsxana gözətçimizə çevrilməyi də seçə bilərik, azad olmağı da.
Sayfa 273
Nəyisə sübut etməyə çalışırsınızsa, deməli, azad deyilsiniz.
Sayfa 284
Uşaqlara ad qoyursan və onlar rollarına uyğun oynayırlar.
Sayfa 291
Hiss etmədiyin şeyi sağalda bilməzsən.
Sayfa 304
Çoxumuza xoşniyyətli də olsa, diktator lazımdır ki, günahı üstünə ata bilək, "Sən məni bunu eləməyə məcbur etdin. Mənim günahım deyil" deyə bilək. Lakin həyatımızı başqasının çətiri altında gəzib, sonra da islandığımıza görə şikayətlənərək keçirə bilmərik. Qurban vəziyyətinin tərifi budur ki, özünüzdən kənara fokuslanırsınız, xarici aləmdə cari vəziyyətinizdə təqsirləndirə biləcəyiniz, məqsədinizi, taleyinizi və ya dəyərinizi müəyyən edəcək birini axtarırsınız.
Sayfa 315
46 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.