Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Yeni The Genius Sözleri ve Alıntıları

En Yeni The Genius sözleri ve alıntılarını, en yeni The Genius kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İnsan ən çox pislik etdiyi adama ürəkdən nifrət etmək kimi bir xoşbəxt qabiliyyətə malikdir.
Sayfa 784Kitabı okudu
İzdivac,ancaq onun üçün müqəddəs və pozulmaz hesab edilmişdir ki,öz nəslini tərbiyə etmək üçün insana çox vaxt lazımdır.
Sayfa 772Kitabı okudu
Reklam
"...Əvvəlcə mən azad olmaq istəyirəm, sonra nə edəcəyimi qət edərəm..."
"Oh, taleyin öldürücü oxlarında nə qədər zəhər varmış!"
Sayfa 596Kitabı okudu
"Bu otağın divarları onun fərəhsiz bir vaqeəsinin şahidi oldu. Bu vaqeə həyatı alt-üst olmuş, hisslərində, təsəvvürlərində, meyillərində və qavrayışında qarma-qarışıqlıq hökm sürən, taleyin zərbəsi altına düşərək ən müdhiş ümidsizlik, məyusluq keçirən adamın vaqeəsi idi."
Sayfa 594Kitabı okudu
"Yucin əllərini qıza uzatdı, Süzanna onun boynuna atıldı, lakin dünyada heç bir qüvvə onun qəti şübhələrini dağıda bilmədi. Bu şübhələr Yucindəki bütün sevinci alırdı, sanki yuxu zamanı ağuşunda kamil bir xilqət saxladığını görmüş, ayılarkən isə boşluğu qucaqladığını aşkar etmişdi."
Sayfa 591Kitabı okudu
Reklam
Özü-özünün fəlakəti olur insan...
-Bilirsənmi, Yucin, mən bu üç günü necə keçirdim?- deyə Ancela soruşdu. Yucin cavab vermədi. -Mən bu üç günü dizlərimin üzərində keçirdim, bəli, dizlərimin üzərində,- deyə o təkrar etdi. --Mən Allaha yalvarırdım ki, səni özündən xilas etsin.
Sayfa 575Kitabı okudu
O, yenidən Yucinə tərəf döndü və iri, gülən gözləri ilə ona baxdı. Yucin: -Əlbəttə, istisna ola bilər. Mən bir dəfə belə istisna etməyə hazıram, lakin heç vəchlə artıq yox! Süzanna hiyləgərcəsinə gülümsəyərək: -Nə üçün bir dəfə?-deyə soruşdu. -Ah! Ancaq təbii bir gülüş eşitmək xatirinə,-deyə Yucin bir qədər məyusanə dilləndi. - Əsl qayğısız gülüş eşitmək üçün. Siz qayğısız gülməyi bacarırsınızmı?
Sayfa 435 - Yucinin zərif hisslərinin ifadəsindən...Kitabı okudu
"O, dünyanın necə təşkil olunduğunu, zənginliyin nə kimi yüksəkliklərə qalxdığını, yoxsulluğun necə girdablara batdığını anlamağa başlayırdı. Rəzil yoxsulluqdan rifahın zirvəsinə qədər nə böyük məsafə vardı!"
Sayfa 422Kitabı okudu
"Burda yaşayanlar, görünür, xəstəlik, yorğunluq, səhhət pozğunluğu, taleyin uğursuzluğunun nə olduğunu bilmirdilər. Narahatçılığa səbəb olan, nifrət törədən, insan varlığında xoşa gəlməyən hər şey səylə gizlədilir, göz ancaq gözəllik, sağlamlıq və qüvvə görürdü."
Sayfa 421Kitabı okudu
Reklam
Dünyada insanın zərurət nəticəsində imtina edə bilməyəcəyi bir səadət yoxdur.İnsan əzab və işgəncə çəkir, lakin bu keçib gedir, həyat isə öz yoluna davam edir.
Təbiətin özündə xudbinlik, riyakarlıq və vəfasızlıq hökm sürdüyü halda insan ölənə kimi sadiq qalacağına necə and içə bilər ?
İnsan münasibətlərinin bu sərt, bu amansız dolaşıqlığında nə qədər aclıq, nə qədər faciə vardır. Həyat nə üçün belə qəribə qurulmuşdur.
Sayfa 822
Dostluq çox hallarda müəyyən niyyətlər, xudbin məqsədlər, hər cür hiylələrlə əlaqədardır. Yaxın dost deyilən biri varmı?…
Sayfa 611
Gələcək nəsillərin xatirində yaşamaq nəyinə gərəkdir? İndini yaşamaq, daha doğrusu, indini gözəl yaşamaq lazımdır.
Sayfa 503
448 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.