Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

The Mystery Of Maire Roget

Edgar Allan Poe

The Mystery Of Maire Roget Sözleri ve Alıntıları

The Mystery Of Maire Roget sözleri ve alıntılarını, The Mystery Of Maire Roget kitap alıntılarını, The Mystery Of Maire Roget en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bir çeteye karşı olan argümanlara sadece bir tane ekleyeceğim; ama bu, en azından benim anlayışıma göre, tamamen karşı konulamaz bir ağırlığa sahip. Sunulan büyük ödül ve herhangi bir kanıta tam af koşulları altında, o değil. bir an için, aşağılık kabadayılardan oluşan bir çetenin veya herhangi bir insan topluluğunun bir üyesinin, uzun zaman önce suç ortaklarına ihanet etmeyeceğini hayal edin. Bu şekilde yerleştirilmiş bir çetenin her biri, ödül konusunda o kadar açgözlü değildir veya ihanetten korkar gibi kaçmak için can atar. Kendine ihanet etmemek için hevesle ve erken ihanet eder. Sırrın açıklanmaması, onun aslında bir sır olduğunun en iyi kanıtıdır. Karanlık işler sadece bir veya iki yaşayan insan ve Tanrı tarafından bilinir.
Hətta ən ağıllı insan da ən azı bir dəfə anlaşılmaz həyəcan içində fövqəl-təbiiliyə inanmaq məcburiyyətində qalaraq, beyninin bunun sadəcə hadisə oyunu olduğu fikrini rədd etdiyi heyrətamiz təsadüflə qarşılaşıb.
Sayfa 2 - Hədəf nəşrləriKitabı okudu
Reklam
Qeyd: “Mari Roje” ilk dəfə qeydlərsiz çap olunub, çünki onda buna gərək yox idi. Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü, qətlin səs-küy yaratmasına və uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına qədər (1842, noyabr) heç kim hadisənin sirrini aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini təsvir edəndə məlum olan cüzi detallarla paralellər apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını tamamilə dəqiq göstərmişdi. “Mari Rojenin sirri” bu dəhşətli qətlin törədildiyi yerdən çox-çox uzaqlarda yazılmışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa, bu halda bəzi nüansları necə belə dəqiq təsvir edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu təsdiqləyirdi.
Sayfa 1 - Hədəf nəşrləriKitabı okudu
Tanrı üçün hər şey yalnız indidən ibarətdir.
Hədəf nəşrləriKitabı okudu
Bu və ya digər insan haqda yadda saxladığınız təəssüratı izah eləmək elə də asan deyil. İstənilən adam öz tanışlarını dəqiq tanıyır, amma hansı şəkildə tanıdığına məntiqi izah verə bilənə nadir hallarda rast gəlinir.
Hədəf nəşrləriKitabı okudu
Əksəriyyət yalnız ənənəvi təqdimetməyə kəsə yolla gedə bilən adamı müdrik sayır.
Hədəf nəşrləriKitabı okudu
Reklam
Güman edirəm, həddindən artıq kədərdən qovrulan insanlarda müvəqqəti durğunluq hissini ən azı bir dəfə sezmisiniz. Sanki onların ruhu keyiyir, istənilən fəaliyyət növü qarşısında dəhşətə gəlir və çarpayıda uzanıb qalmağı dünyada hər şeydən üstün tutur, qoca qarılar demişkən, “kədərini bəsləyirlər”, başqa sözlə, vaxtını baş vermiş bədbəxtliyə dəfələrcə ağlamaqla keçirirlər.
Hədəf nəşrləriKitabı okudu
Ümumiyyətlə unutmaq lazım deyil ki, bizim qəzetlər birinci növbədə sensassiya yaratmaq haqqında düşünürlər, nəinki həqiqəti tapmaq.
Hədəf nəşrləriKitabı okudu
Üzə bilməyən insan üçün ən düzgün vəziyyət yeriyən adamın şaquli halında durmaq, burun və ağız çöldə qalmaq şərtilə başını arxaya əyib suyun altına soxmaqdır. Bu pozanı qəbul etməklə görəcəksiniz ki, heç bir güc və zəhmət tətbiq eləmədən suyun lap səthində qala bilirsiniz.
Hədəf nəşrləriKitabı okudu
Tanrı üçün hər şey yalnız indidən ibarətdir.
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.