Tuflinlər

Amin Oruc
Yazar:
Amin Oruc
Tahmini Okuma Süresi:
5 sa. 13 dk.
Sayfa Sayısı:
184
Basım Tarihi:
2017
Yayınevi:
Parlaq İmzalar Yayınları
ISBN:
9789952547542
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

AMİN ORUC - TUFLİNLƏR
8/10
·184 syf.··
2020 47. kitabı
Son dövrlər Azərbaycan ədəbiyyatında yazılan ən yaxşı əsərlərdən biridir "Tuflinlər". Əslində uşaqlar üçün nəzərdə tutulsa da, nəinki uşaqların, həm də böyüklərin maraqla oxuyacağı əsərlərdəndir. İstər personajları, istər üslubu, dili, verdiyi informasiya baxımından bütünlüklə zövq alaraq oxuduğum əsərlərdən biri oldu. Həm düşündürücü, həm əyləndirici, həm də tərbiyəvi tərəfləriylə, sətiraltı mənalarıyla hər kəsin zövqünə uyğun olacağına inanıram. "Balaca şahzadə" dadında bir əsərdir desəm, mübaliğə eləmiş olmaram. Onları həm çox sevəcək, həm onların bacarıq və ağıllarına heyrət edəcək, onların düşmənlə mübarizəsinə qoşulacaq, həm də onlarla yanaşı Laprində yaşayan digər canlıları tanıyacaqsınız. Məncə, hamı bu kiçik, şirin qəhrəmanlarla tanış olmağa tələssin. İnanıran ki, onları çox sevəcəksiniz. Alıntılar ...qalib gələ bilməyəcəyimiz şeylər düşmənə çevrilir... Həyatı mümkün qədər anlamağa çalışmalı, bizi qələbəyə aparan hədəflərə sahib olmalıyıq. İnam güclüdürsə, mümkün olmayan heç nə yoxdur. Qarşına məqsəd qoyursan və məqsədlərinə sərhəd qoymursan. İnanırsan ki, məqsədlərini yalnız özün mühakimə edə bilərsən. Mümkün olmayan heç nə yoxdur. Bir dəfə məğlub olan həmişə məğlub olacaq deyə bir qayda yoxdur. Bərəkətli peşmanlıq səni yenidən hərəkətə gətirər... Mənim iki gözüm var, biri özümü görmək üçündü, biri başqalarını, iki qulağım var, biri özümü dinləmək üçündü, biri başqasını, eyni ilə iki qanadım, iki də ayağım var... Əgər hər ikisini özümə ayırsam, özünüdüşünən, acgöz, xudbin, xəbis, amma hər ikisini başqasına ayırsam, yalnız səfeh, boş və faydasız olaram. Sevgi cəsarət verir. Sevgi vəddir. Sevgi sərvətdir. Qaranquşlar, sərçələrin həyatlarına ya gəlməməli, ya da getməməlidirlər. İnandığın kəslərdən xoş söz eşitmək həmişə ümid bəxş edir. İnsanlar
1000Kitap
TuflinlərAmin Oruc · Parlaq İmzalar Yayınları · 201747 okunma
Puan vermedi
Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevir? Qərar vermək çətindir; kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir. Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir, əzilərək yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü-gündən düşmənləri onların sıralarını azaldır... Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb "yerin dibi"ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün "üzə" çıxırlar. Düşmən axtarışı zamanı onlar daha əvvəl görmədiyi müəllif tərəfindən heç də təsadüfi seçilməyən heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsərin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə "danışdırır", bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur. Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb.
TuflinlərAmin Oruc · Parlaq İmzalar Yayınları · 201747 okunma

Yazar Hakkında

Amin OrucYazar · 3 kitap
Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan üç kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?”, ”Sarı və Mavi" isə seriyanın növbəti kitabıdır. Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir. Yazarın “Panda Pan vǝ Alma ağacı” kitabı isə bağışlamağın, barışmağın ki­­tabıdır.