Yunis Orucovun —"Tunel"
Yunis orucovun "Tunel" əsəri Kəlbəcər rayonunda 1993-cü il martın 31-də baş vermiş tunel qətliamına həsr edilib. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən və işıqlandırılmayan tunelin uzunluğu 2 kilometrə yaxındır. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları güllə-barana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər.
Əsərdə qətliam zamanı girov düşən bacı-qardaş, Yeganə və Müşfiqin həyat hekayəsini: onların girovluqdan necə qurtulması, bir-birlərini yenidən necə tapmaları, girovluqdan sonrakı həyatları haqqında danışılır.
Yunis Orucovun tarixi romanlarını sevərək oxumuşam və hər oxuduqda yeni faktlar öyrənmişəm. Bu kitabı da tariximizin ən faciəvi günlərini oxculara çatdırır. Qələminizə, ürəyinizə sağlıq