Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Üç Pərdəli Faciə

Agatha Christie

Sözler ve Alıntılar

Tümünü Gör
- Bilirsiniz, mənim fikrimcə, bəzi insanlar macəraları özlərinə cəlb edirlər. Niyə bəzi insanların həyatı maraqlı olur, bəzilərininki isə maraqsız? Elə bilirsiniz, bu şəraitdən asılıdır? Qətiyyən. Bəzi insanlar bütün dünyanı gəzsələr də, başlarına heç nə gəlmir. Qanlı hadisələr belələrinin gəlişindən bir gün əvvəl, zəlzələlər gedişlərindən sonra baş verir. Batacaq gəmiyə, onlar mütləq gecikirlər. Bəzi insan lar isə bütün ömürləri boyu Bellemdə yaşamalarına, sadəcə arabir Sitiyə getmələrinə baxmayaraq, onların başına bütün fəlakətlər gəlir.
Reklam
- O vaxt ağılsız qızcığaz idim. Əslində elə qızların hamısı ağılsız olur, mister Sattertueyt. Özlərinə o qədər güvanirlər ki, elə bilirlər hər şeydən xəbərləri var... Insanlar durmadan "qadın intuisiyası"ndan danışırlar. Məncə, belə bir şey, ümumiyyətlə, mövcud deyil. Qızları məlum tip kişilərdən qoruyacaq intuisiya yoxdur dünyada. Heç na qulaqlarına girmir. Valideynləri xəbərdarlıq edir, ancaq onlar eşitmək belə istəmirlər. Etiraf etmək lazımdır ki, qaranlıq xarakterli kişilər gənc və ağılsız qızlara daha cazibəli görünür. Elə bilirlər ki, sevgi onları dəyişə biləcək.
Sayfa 130Kitabı okudu
- İnsan qəlbi çox müəmmalı bir aləmdir. Hələ ki, insanlari kor-koranə anlamağa çalışırıq. Manyaklardan başqa engel tanımayan xeyli insan var dünyada. Məsələn, siz, ya da men müeyyen şəxslər haqqında "Ona nifrət edirəm. Ölməyini istəyirəm" deyirik bəzən. Ancaq bunlar sadəcə sözdür, kimisə öldürmək bizim ağlımıza da gəlmir əslində. Mənəvi qadağamı, əngəlmi, nə isə qeyri-ixtiyari, avtomatik işə düşərək buna imkan vermir. Halbuki bu fikir bəzi insanların varlığına hakim kəsilir. Onlar bu istəklərinə mümkün qədər tez nail olmaqdan başqa bir şey haqqında düşünə bilmirlər.
Sayfa 132Kitabı okudu
O, bir şeyi nəzərdən qaçırırdı ki, gənclər, adətən, gəncli yin üstünlüklərini görmürlər. Əksinə, yetkin yaş gənc qızların nəzərlərində seçdikləri adamın cəlbediciliyini artırır. Mister Sattertueyt özü artıq gənc olmadığından, əmin idi ki, Mimi orta yaşlı bir kişini öz yaşıdından üstün tuta bilməz. O hesab edirdi ki, gənclik əvəzsiz və sehrli bir töhfə dir, dünyada ondan üstün heç nə yoxdur.
Reklam
Dünyada həqiqət axtarışından həyəcanlı, həqiqət axtarışından maraqlı, həqiqət axtarışından gözəl heç nə yoxdur.
Sayfa 154Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.