Uğursuz Gecə

Elxan Elatlı

Uğursuz Gecə Reviews

You can find Uğursuz Gecə reviews, Uğursuz Gecə book reviews, Uğursuz Gecə ratings on 1000Kitap.

Score

7.7Out of 10
73 People · 16 Review
332 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 16 days
Salam, 1k sakinləri:) Dedektiv əsərlər oxumaq məntiqi gücləndirir deyirlər. Elxan bəyin əsərlərində ən çox sevdiyim obraz palkovnik Qanbay Qasımlıdır. Yüksək qabiliyyəti, qeyri-adi düşünmə qabiliyyəti, iti yaddaşı, dəqiqliyi, ciddi xarakteri ilə oxuyucularının hörmətini, sevgisini qazanmış xəfiyyənin sirrini aça bilmədiyi cinayət yoxdur.
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
332 syf.
·
Not rated
·
Read in 11 days
Məncə Elxan Elatlıya artıq ara verməyin vaxtı gəldi. Mənim üçün çox maraqlı gəlsədə artıq yazarın dilini tamamilə mənimsədiyim üçün kitabın əvvəllərində qatili təxmini də olsa öz intuisiyamla tapa bilirəm. Sevmədiyim məqamlarda çox oldu, sevdiyim məqamlarda həmçinin. Məsələn namus məsələsinin və xəyanətin qadınlar tərəfindən törədildikdə amansızca qarşılanmasını çox gözəl vurğulayıb. Bir atanın və ya ümumiyyətlə kişi cinsinin əlində bir qadın həyatının məhv edilməsinin 2x2 olduğu açıq aşkar bildirilir. Bir qadın sadəcə həyatda sevilmək üçün çaba göstərir. Sevmədiyim məqama gəldikdə onsuzda hal hazır ki dövrdə evli qadın kişi fərq etməz başqaları ilə əlaqələri normallaşmağa getdiyi bir müddətdə ailəli bir kişinin üstəlik dövlət işçisinin bu qədər yüngül iş tutmasını heç bəyənmədim və mənə görə bir növ adi hal kimidə aşılanır. "Sevgi" adı ilə. Yanaşmam bir az sərt ola bilər ancaq bu mənim şəxsi düşüncəmdir. Bu heçdə Azərbaycan mentalitetinə uyğun deil.Üstəlik bir qadın ərini bu qədər sevdiyi halda asanlıqla necə vurula bilərdi? Bunu sevgi adlandırmaq olardımı?
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
Reklam
332 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Yenə olduqca təsirli, olduqca maraqlı və olduqca vətənpər bir ruhda yazılmış Elatlı kitabını bitirdim. Və həmişəki kimi olaraq, yenə də göz yaşlarıma hakim ola bilmədim. Kitab insanda elə bir maraq oyadır ki, insan oxuduqca oxumaq istəyir. Və bunu da deyim ki, sizdən çox xahiş edirəm, bu kitab detektiv əsərdi deyib, adicə, tez-tələsik oxuyub keçməyin. Son vaxtlar baş verən intiharlar, insanların bu olub bitənlərə verdiyi reaksiyalar kitabda elə gözəl və aydın şəkildə əks olunub ki, mənim fikrimcə oxuyub çox böyük nəticə çıxarmaqda fayda var. Kim bilir bir cümlə ilə bir insanın həyatını yaxşı tərəfə necə dəyişdirmək olar. O ki, qaldı kitabda sürən 44 günlük müharibədən bəhs olunması, həmin torpaqların qaytarılması ilə bağlı olan inam insanı həqiqətən də çox təsirləndirir. Elə odur ki, Vətən yolunda canından keçən hər bir Şəhidimizə rəhmət diləyərək kitabdan olan incələməni bitirirəm.. 15.08.20 ( Elzamin): -May ayında mütləq Laçına gedəcəyik!
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
332 syf.
·
Not rated
·
Read in 7 days
Kitabı oxumağa başlamazdan əvvəl kitab haqqında istəmədən kiçik bir məlumat oxumuşdum. Qatilin kim olduğu ilə bağlı......... Ona görə də qatilin kim olmasını əminliklə flankəsdi deyərək oxuyurdum və bəli.....səhv elədim....daha doğrusu aldadıldım hansısa təhlil yazanın qazına gələrək((( Kitabı bir də başdan oxumağım gəlir lap))) . Bir də başqa beyinlə, gözlə, fikirlə..... . Nəysə .... keçid edək kitabın mövzusuna.... . Dedektivimiz Qanbay Qasımlıdır. Və hadisələr Qanbay Qasımlının yoldaşının qardaşı və qardaşının tanışları arasında baş verir. . Sevgi istəyən, biraz şıltaq xarakterli olub və başqaları tərəfindən səhv başa düşülən Nihal adlı bir qadın, və hər kəsdən hətta öz yoldaşından belə "sevirəm" sözünü əsirgəyən Cahid adlı polisimiz (Qeyd edim ki, həmin bu polisimiz Qanbay müəllimin yoldaşının qardaşı olur.) Nihalı sevməyə başlayır. Və bir birlərinə sevgi etirafı edən, hər ikisinin də öz ailəsi olan çütlük Nihalın sosial şəbəkə aktivliyi ucbatından mübahisə edirlər.Və bu aktivlik Nihalın öz yoldaşını qısqandırma əməlləri nəticəsində başına oyun açır. . Həm yoldaşı Rüfət həm də sevgilisi Cahid Nihalın artıq" yoldan "çıxdığını düşünürler. . Və cinayət..... Həmişəki kimi dedektivimiz öz işini layiqincə yerinə yetirir. Və ortaya çıxan sirlər sizi şoka salacaq deyə bilərəm. Maraqla oxudum. Sizə də xoş mütaliələr. .
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
332 syf.
·
Not rated
·
Read in 16 days
Kitabınn baş qəhrəmanı olan Nihal ilk baxışdan xoşbəxt görünən qadındır.Yoldaşı var,onu sevən iki uşağı,uğrunda hər şeyi edən atası və var- dövləti.Lakin ərindən yetərincə sevgi almaması onu çıxılmaz yollara salacaq.Evli kişiyə aşiq olması onun həyatını alt-üst edir…Dedektiv romanı kitabları sevənlər kitabı sevərək oxuyacaqlarını düşünürəm.
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.