Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Uşaqlıq

Lev Tolstoy

Uşaqlıq Gönderileri

Uşaqlıq kitaplarını, Uşaqlıq sözleri ve alıntılarını, Uşaqlıq yazarlarını, Uşaqlıq yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Şöhrət düşkünlüyü elə bir hissdir ki, həqiqi kədərlə əsla uyğun gələ bilməz, bununla belə, bu hiss insan təbiətinə elə aşılanmışdır ki, ən qüvvətli kədər çox nadir hallarda ona üstün gələ bilər. Kədərdəki şöhrətpərəstlik insanın özünü ya məyus, ya bədbəxt və ya səbatlı göstərmək arzusu ilə ifadə olunur; etiraf etmədiyimiz, lakin, demək olar ki, heç bir zaman – ən kədərli dəmlərimizdə belə bizi tərk etməyən bu alçaq arzular bu kədərin qüvvətini, ləyaqət və səmimiyyətini məhv edir.
İndi o zamankı təəssüratımı xatırlayırkən belə qərara gəlirəm ki, özümü unutduğum o yeganə dəqiqə həqiqi kədərim imiş. Dəfnindən əvvəl və sonra mən hey ağlayıb kədərlənsəm də, bu kədəri xatırlamaqdan utanıram, çünki hər hansı bir xudbin hiss - gah özümün hamıdan çox kədərləndiyimi göstərmək arzusu, gah özgələrinə göstərdiyim təsirin qeydinə qalmaq, gah da dəfndə iştirak edənlərin üzünü müşahidə etməyə vadar edən o maraq həmişə bu kədərə qarışırdı. Yalnız kədər hiss etmədiyim üçün mən özümə nifrət edir və bütün başqa duyğularımı gizlətməyə çalışırdım; buna görə də mənim kədərim qeyri-səmimi və qeyri-təbii bir kədər idi. Bundan əlavə, bədbəxt olduğumu bildiyim üçün mən zövq duyaraq özümün bədbəxt olduğumu dərk etməyə çalışırdım və bu xudbin hiss varlığımdakı həqiqi kədəri hər şeydən çox boğurdu.
Reklam
Əlvida, əziz dostum, yadında saxla ki, mən ölsəm də, məhəbbətim səni heç bir zaman və heç bir yerdə tərk etməyəcəkdir.
Qəribədir, görəsən, mən nə üçün kiçik olarkən böyüklərə oxşamağa çalışır, böyüdükdən sonra isə çox vaxt kiçik uşaqlara oxşamağa çalışırdım.
Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir: əgər təbəssüm üzün gözəlliyini artırırsa, bu üz qəşəngdir, əgər təbəssüm üzün ifadəsini dəyişmirsə, o, adi bir üzdür, əgər sifəti korlayırsa, o, pis üzdür.
Sayfa 25
Həm gülmək, həm də ağlamaq istədim: əsəblərim pozulmuşdu.
Sayfa 20 - Şərq-Qərb
Reklam
Yenə də xəyallar həqiqəti əvəz edir, xəyalları dərk etməyim yenə də xəyallarımı vurub dağıdırdı. Nəhayət, xəyalım yoruldu və məni daha aldatmadı; artıq həqiqəti də dərk etmirdim və özümü tamamilə unutmuşdum.
Gənclik itirilmiş harmoniyanın və gözəlliyin qaytarılması cəhdidir. Lakin bu uşaqlığa qayıtmaq demək deyil
Bir daha geri qayıtmayan xoşbəxt uşaqlıq çağları. Uşaqlıq xatirələrini necə sevməyəsən, necə əzizləməyəsən.
Reklam
Anam öldükdən sonra uşaqlığın xoşbəxt çağları mənim üçün qurtardı və yeni bir dövr-yeniyetməlik dövrü başlandı;
Sayfa 149 - NikolenkaKitabı okudu
..ölümdən qorxmadan onu bir nemət kimi qəbul etmişdi. Bu barədə tez-tez danışsalar da,həqiqətdə bu az-az olur!
Sayfa 152 - Nikolay PetroviçKitabı okudu
O bu həyatda ən gözəl və ən böyük bir iş görmüşdü-o təəssüf etmədən və qorxmadan ölmüşdü.
Sayfa 152 - Nikolay PetroviçKitabı okudu
-..günahlarım üçün onun da ölümünü görüb iztirab çəkməli imişəm.Allahın müqəddəs iradəsindən çıxmaq olmaz!Ananı ona görə alıb apardı ki,o buna layiq idi,mərhəmətli adamlar Allaha lazımdır.
Sayfa 143 - Natalya SavişnaKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.