Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Xan" Xatirə Ədəbiyyatı 24. Kitab

Üzeyir Hacıbəyli Xatirələrdə

Kolektif

Üzeyir Hacıbəyli Xatirələrdə Gönderileri

Üzeyir Hacıbəyli Xatirələrdə kitaplarını, Üzeyir Hacıbəyli Xatirələrdə sözleri ve alıntılarını, Üzeyir Hacıbəyli Xatirələrdə yazarlarını, Üzeyir Hacıbəyli Xatirələrdə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
255 syf.
·
Puan vermedi
·
3 günde okudu
"Üzeyir bəy başını qaldırıb göyə baxır, aramsız yağan yağışın musiqisini dinləyirdi..." O Azərbaycan musiqi sənətinin dahisi... Azərbaycan Operasının banisi...Azərbaycan Dövlət Himninin bəstəkarı... O... Yaz yaz bitməz... müəllim, sənətkar, musiqiçi... Onun doğulduğu 18 sentyabr tarixi təqvimlərə - "Milli Musiqi Günü" kimi qeyd edilir... Xan nəşriyyatının "Xatirə" seriyasında bu səfərki seçimim "Üzeyir Hacıbəyli" oldu. Dahi bəstəkarın keçdiyi ömür yolunu onu sevən insanların, şagirdlərinin və həmkarlarının xatirələrində yaşatdıqları anılarla oxuyuruq bu kitabda... Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının trium-fu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib...
Üzeyir Hacıbəyli Xatirələrdə
Üzeyir Hacıbəyli XatirələrdəKolektif · Xan Nəşriyyatı · 201911 okunma
Elə ki ömrün qürub çağı başlayır, bir az sakitlik axtarırsan, bir az dinclik. Elə ki yorulduğun günlərin acısını çıxmaq üçün alini başının altında çarpazlayırsan, rahat nəfəs alırsan, yada düşür ötənlər, yada düşür itirdiyin adamlar... yaxşılı-yamanlı günlər. Arxaya çevriləndə görürsən ki, bir az özün haqqında xatirələrin var, bir az da səninlə birgə işləyən yaxşı adamlar haqqında... Bir nəfər tapıb, ürəyini boşaltmaq istəyirsən. Qorxursan ki, bu xatirələri özünlə aparasan. Elə şeylər var ki, səndən başqa heç kəs bilmir. Ancaq bunu bilsələr, daha xeyirdir. Bu xatirələr özgələri üçün daha gərəklidir.
Sayfa 227Kitabı okudu
Reklam
Üzeyir bəy başını qaldırıb göyə baxır, aramsız yağan yağışın musiqisini dinləyirdi...
Sayfa 201Kitabı okudu
"Qadın gül kimidir, onu ancaq əzizləmək lazımdır, qadını incitmək cinayətdir".
Sayfa 188Kitabı okudu
...Həyatda elə insanlar olur ki, onlar aramızdan getdikdən sonra belə yaşamaqda davam edirlər. Belə insanları xalq öz qəlbində yaşadır, çünki onların ürəyi həmişə xalqın ürəyi ilə, varlığı xalqın varlığı ilə, həyatı xalqın həyatı ilə bağlı olur. Xalqın mübarizəsini, onun ən gözəl arzu və diləklərini tərənnüm etmək belə insanların həyat və yaradıcılığının əsas mənasıdır. Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəyovun bütün şüurlu həyatı və qaynar fəaliyyəti də belə bir məqsədə-musiqidə realizm və xəlqilik uğrunda mübarizəyə həsr olunub. Xalqla bir yerdə olmaq, onun qəlbini və yaradıcı əməyini tərənnüm etmək Üzeyir Hacıbəyovun dönmədən sadiq qaldığı prinsip idi. Böyük sənətkar bizimlə söhbətində həmişə deyərdi: "Musiqini elə yazmaq lazımdır ki, onu zövqsüz bir insan qrupu yox, bütün xalq başa düşsün... Musiqi, insanı valeh etməli və ilhama gətirməlidir".
Sayfa 166Kitabı okudu
"Bəstəkar öz əsərlərilə gərək dinləyiciləri heyrətə gətirib təəccübləndirsin."
Sayfa 166Kitabı okudu
Reklam
Yalnız bir sahədə ixtisaslaşan adamlar tək qanadlı quşa bənzəyirlər.
Çünki Üzeyir bəy Hacıbəyov məktəb nümayəndəsi deyil, özü ayrıca bir məktəb idi...
- Mirzə, sən cavansan, bir söz deyim, yadında saxla, o yerdə ki gördün biməzmun, axmaq söz danışırlar, vecinə alma, bacarsan yuxula...
Üzeyir həyatı sevən, həyatın mənasını, gözəlliyini dərindən duyan və ondan böyük mənəvi ləzzət alan ən qüdrətli, müdrik adamlardan idi. Onda gülmək, yumor duyğusu çox güclü idi ki, bunun ifadəsini biz "Arşın mal alan", "Məşədi İbad" kimi ölməz komediyalarda görürdük. O, ömrünün axırına qədər bu nikbinliyi saxladı. Həyatda dönə-dönə ondakı bu keyfiyyətin təzahürlərini müşahidə etmişəm.
Reklam
Həyatda ilk məhəbbət, ilk ayrılıq, ilk fərəhli addım və nailiyyət heç vaxt yaddan çıxmır. İlk uğurlu əsər də belədir.
"Xoşbəxt o sənətkardır ki, biliyini verib gedir, bədbəxt o sənətkardır ki, biliyini özü ilə bərabər qəbrə aparır!"
Üzeyir Hacıbəyov inadlı bir tərzdə: "Qoy gedən getsin, bizə qalanlar lazımdır" - dedi...
O deyirdi ki, "hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir."
"Yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir."
28 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.