Uzun Çəkən Sözardı

Çingiz Abdullayev

Sayfa Sayısına Göre Uzun Çəkən Sözardı Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Uzun Çəkən Sözardı sözleri ve alıntılarını, sayfa sayısına göre Uzun Çəkən Sözardı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Təsadüfən satqın olmaq mümkun deyil, nесə ki, gözlənilmədən əclaf olmaq qeyri mümkündür. Bu sizin qəlbinizdə yetişməli, bütün əvvəlki həyat təcrübənizdən qidalanmalıdır-sakit və mülayim bir adamın qəfil göstərdiyi qəhramanlıq kimi
Əgər həqiqəti yalanla əvəz edirlərsə, əvvəlki ideallar itirilir, mənəvi dəyərlər dəyişdirilir və xalq fitnə və yalana asanlıqla aldanır.
Sayfa 56 - DronqoKitabı yarım bıraktı
Reklam
Dinc həyatda iki və daha artıq adamın qətlinə görə ən ağır cəza, müharibədə isə orden və medal verirlər.
Heç zaman əvvəllər xoşbəxt olduğunuz yerə qayıtmayın.
Sayfa 107 - DronqoKitabı okudu
Yəqin ki, belə təsəvvürəgəlməz ağır bir yol keçən bəşəriyyət dəyişməli, müdrikləşməli, öz gücünü hiss etməli və zəkasına inanmalı idi. Ancaq hər şey əvvəlki kimi qaldı. Paxıllıq, nifrət, qəzəb, təkəbbür, tamahkarlıq, acgözlük - insanın bütün bu pis cəhətləri sivilizasiyanın inkişafıyla ölməyib, sanki insanı işığın zülmət, Allahın şeytan üzərində qəti qələbəsinə inanmağa qoymayaraq, onun xislətinin bir hissəsi olaraq qaldı. Və insanın bütün qüsurları bəzən bu və ya başqa şəkildə, lakin min, iki min, hətta üç min illər əvvəl olduğu kimi eybəcər və eyibli olaraq yaşamağında davam etdi.
Sayfa 184Kitabı okudu
— Somerset Moem belə hesab edirdi ki, əzablar insanın yaxşılaşmasına kömək eləmir: o qəzəblənir, qəddarlaşır, sonda isə pis tərəfə dəyişir.
Sayfa 190Kitabı okudu
Reklam
Somerset Moem belə hesab edirdi ki, əzablar insanın yaxşılaşmasına kömək eləmir: o qəzəblənir, qəddarlaşır, sonda isə pis tərəfə dəyişir.
Sayfa 190Kitabı okudu
Şəxsi ləyaqət hissi qəribə elementdir. İllərlə qazanılır, bir dəqiqənin içindəsə itirilir.
Sayfa 219 - DronqoKitabı okudu