Vicdan Susanda

Vidadi Babanlı
Tahmini Okuma Süresi:
19 sa. 2 dk.
Sayfa Sayısı:
672
Basım Tarihi:
2025
İlk Yayın Tarihi:
1990
Yayınevi:
Bakı, Qanun Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
ISBN:
9789952577662
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·629 syf.··
Beğendi
·
2017 2. kitabı
·
4018 günde okudu
·
Okunma: 16 Kasım 2017 01:11
11il bundan qabaq oxudugum ilk ve ozel kitab agladim, hirslendim belkede ama sonunda oh sukur dediyim bir kitab oxumaga deyer her kese tovsiye ederdim
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200995 okunma
9/10
·528 syf.··
2024 32. kitabı
2017 Bu kitabi oxduğum zaman çox həyacanla oxuyurdum.Baba həyatda olmasada bu kitab və bəzi kitablari bizə qalmişdi.Oxduğum kitablar içərsində bu kitab çox gözəl yazilib deyə bilərəm. Səni çox sevirem baba həyatda həm bu adı mənə verdiyin üçündə kitaba olan sevgi yaratığın üçündə. Amma istərdim bu kitabi onunla müzakirə edəm amma bilirem sen hər zaman yanimdasan.Bu kitab haqqinda çox şey demək olar. Ən yaxşısı oxuyun oxduqca sevəcəksiz.
Vicdan SusandaVidadi Babanlı · Bakı, Yazıçı Nəşriyyatı · 199095 okunma
Puan vermedi·629 syf.··
2023 25. kitabı
Əsəriin dərin emosional və mənəvi təsiri var. Toxunulan mövzular ədalətsizlik, vicdanın sınağa çəkilməsi, rüşvətxorluq və mənəvi dəyərlərin aşınması insanı düşünməyə vadar edir. Oxuduqca insan, öz həyatında hansı prinsiplərə sadiq qalmalı olduğunu və cəmiyyətin təsiri ilə nə qədər dəyişə biləcəyini sorğulamağa başlayır.Əsər oxucuya göstərir ki, haqsızlığa qarşı çıxmaq bəzən böyük risklər daşıyır.. Əsərin baş qəhrəmanı Aslan Məmmədovdur. O, dürüst və vicdanlı insandır, amma cəmiyyətin əxlaqsızlıq və rüşvətxorluq girdabına düşməmək üçün böyük daxili mübarizə aparır.. Aslanın həyatında yer tutan qadın obrazıdır, Nərgiz.. O, mərd və vicdanlı bir insandır, həmçinin, əsərdə insan duyğularının, sevginin və mənəvi dəyərlərin necə sınaqdan keçirildiyini göstərən simvollardan biridir. Əsərdə müxtəlif insan taleləri vasitəsilə vicdanın sükutunun necə fəlakətlərə yol açdığı göstərilir. Əsas qəhrəmanlar rüşvətxorluğun və haqsızlıqların içində sıxışıb qalan insanlardır.Bəzi səhnələr insanı məyus edir, bəziləri isə qəzəbləndirir və etiraz hissi oyadır.
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200995 okunma
10/10
·629 syf.··
Beğendi
·
2023 8. kitabı
Kitab öz dövrünün saflığı,gözəlliyi ilə yazılıb. Vidadi Babanlının axıcı dili məişət mövzularını maraqlı hala salıb. Atam oxuyan kitabı oxumaq,mənə daha maraqlı təsir bağışladı.Etdiyi qeydlərə nəzər salmaq,onları atamla müzakirə etmək əsəri mənim üçün yadda qalan etdi. Vüqar obrazı zehnimdə xoş izlər qoydu.
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200995 okunma

Yazar Hakkında

Vidadi BabanlıYazar · 6 kitap
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən). 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur. Vəfatından bir gün sonra, 17 avqustda, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Qazax rayonunun Birinci Şıxlı kəndində, ailə qəbiristanlığında dəfn olunmuşdur.