Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xan Xatirə Ədəbiyyatı 3. Kitab

Xatirələrim

Ömər Faiq Nemanzadə

Xatirələrim Hakkında

Xatirələrim konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Xatirə Ədəbiyyatı silsiləsindən 3-cü kitab. Təəssüf ki, Ömər Faiqi xatirələrini bitirməyə imkan vermədilər. “Xatirələr”, “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlaması mövzusu ilə bitir. Ömərin yaşadığı hər bir detalı ətraflı izah etməsi, onu göstərir ki, istər “Molla Nəsrəddin” dönəmini, istərsə də 1937-ci ilə qədər olan həyatını daha ətraflı şəkildə yazacaqdı.
Tahmini Okuma Süresi: 4 sa. 46 dk.Sayfa Sayısı: 168Basım Tarihi: 2015İlk Yayın Tarihi: 1985Yayınevi: Xan Nəşriyyatı
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 81.8
Erkek% 18.2
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Ömər Faiq Nemanzadə
Ömər Faiq NemanzadəYazar · 2 kitap
Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axaltsixe qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Dar-üş Şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulmuşdur. Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir. Nemanzadə 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnmişdir. Ailəsi Ömər Faiq Nemanzadənin üç qız və bir oğlan övladı olmuşdur. Oğlu Kamil və qızları Kamilə, Ədilə və Bəxtli. Qızlarının 3-ü də Azərbaycan Tibb İnstitutunda təhsil almışdır.