Neft və qaz...
Uğrunda müharibələr aparılan, sərhədlərin, rejimlərin dəyişdiyi, çevrilişlərin olduğu, faciələrin yaşandığı dünyanın iki təməl enerji qaynağı... Neft xüsusilə XIX əsrin sonundan etibarən ölkələr arasında sərt rəqabətlərə, münaqişələrə və müharibələrə yol açdı. Çar Rusiyası ilə Britaniya arasında XX əsrin əvvəllərində baş verən geosiyasi mübarizədə Xəzər hövzəsi nefti həlledici rol oynadı. Hitlerin İkinci Dünya müharibəsində öz ordularını Qafqaz üzərinə göndərməkdə məqsədi Bakı neftini ələ keçirmək idi.1990-cı ildən 2000-ci ilə qədər və sonrakı illərdə də şəkil dəyişdirərək davam edən neft-qaz uğrunda böyük nüfuz mübarizəsi aparıldı..