Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yarımçıq əlyazma

Kamal Abdulla

Yarımçıq əlyazma Hakkında

Yarımçıq əlyazma konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Yazıçı Kamal Abdullanın 2004-cü ildə ilk dəfə nəşr olunan «Yarımçıq əlyazma» romanı Azərbaycanda haqqında ən çox rəy və təhlil yazılan əsər sayılıb, «Son onilliyin əsəri» seçilib və bir çox mükafatlar qazanıb. Roman indiyədək dünyanın bir çox dillərinə çevrilərək çap edilib. Oxucu tələbatından irəli gələrək “Yarımçıq əlyazma” romanı 2012-ci ildə Azərbaycanda təkrar çap edilib. Roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkçə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib. Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb. Rusiyanın məşhur «İnostrannaya literatura» jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb. Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da «Yarımçıq əlyazmadır». Rusiyalı tənqidçilər əsəri «postmodernizmin ən parlaq nümunəsi», türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı «Azərbaycanın Borxesi» adlandırıblar. Tanınmış rus yazarı Aleksandr Tkaçenko isə bildirib ki, «Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz «Yarımçıq əlyazma»sını yaradıb»
Tahmini Okuma Süresi: 8 sa. 10 dk.Sayfa Sayısı: 288Basım Tarihi: 2012İlk Yayın Tarihi: 2006
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 74.0
Erkek% 26.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Kamal Abdulla
Kamal AbdullaYazar · 7 kitap
Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri.