– Mən bilinməsi mümkün olan hər şeyi bilirəm, – deyərək ağlaya-ağlaya cavab verdim. – Lənət şeytana, düzünü bilmək istəyirsənsə, mən həddən artıq çox şey bilirəm.
Dünya fırlanır, vəssalam, deyəcək bir şey be yoxdur. Sən bir şeydən tutub, onunla birlikdə fırlana, ya da ayağa qalxıb ona etiraz edə və dərhal vurularaq kənara atıla bilərsən.