En Beğenilen Yeni Bir Dəqiqəlik Menecer Gönderileri
En Beğenilen Yeni Bir Dəqiqəlik Menecer kitaplarını, en beğenilen Yeni Bir Dəqiqəlik Menecer sözleri ve alıntılarını, en beğenilen Yeni Bir Dəqiqəlik Menecer yazarlarını, en beğenilen Yeni Bir Dəqiqəlik Menecer yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Salam, əziz oxuyucular. Bugün sizə iş həyatınızda bilməli olduğunuz, kiçik görünsə də, bir o qədər də vacib olan məqamları rahat dildə izah edən bir kitabla gəldim.
Kitabın ölçüsünə aldanmayın, balaca olmasına baxmayaraq, kifayət qədər zəruri məlumatları əhatə edir.
Hər menecerin oxuyub iş həyatında tətbiq etməli olduğu 3 sirr var ki, həm işçilər üçün, həm də şirkətin uğurlu nəticəsi üçün böyük rol oynayır. Bunlar; 1 dəqiqəlik Məqsədlər, 1 dəqiqəlik Təriflər və 1 dəqiqəlik İradlar adı altında birləşir.
Kitabda ən çox diqqətimi cəlb edən nüans o oldu ki, əgər idarəçi işçilərin qayğısına qalsa, işçilər də özlərinin və şirkətin uğurlu olması üçün əlindən gələni edəcək. Yəni əgər işçi uğursuzdursa, bacara bilmirsə, deməli nə etməli olduğunu (məqsədlərini) açıq şəkildə bilmir, bu da menecerin təcrübəsiz və zəif olduğunu göstərir.
Kitabın axıcı sujet xətti var, müxtəlif hekayələr və misallarla idarəetməni sadə dillə oxuyucuya çatdırmağı bacarır.
"Sən nəyin baş verməli olduğunu deyə bilmirsənsə, hələlik sənin problemin yoxdur, sadəcə şikayətin var. Problem o vaxt mövcud olur ki, indi faktiki olanla sənin olmasını istədiyin arasında fərq olsun."
Bir zamanlar oğlumun məktəbinə getməyim yadıma düşür, beşinci sinfin müəllimi uşaqlara coğrafiyadan test verirdi. Müəllimədən soruşdum ki, niyə uşaqlara xəritədən istifadə etməyə icazə vermir. Müəllimə dedi: "Mən bunu edə bilmərəm, çünki bütün uşaqlar 100 faiz doğru cavab verəcək". Sanki hamının doğru cavab verib A qiyməti alması pis bir şeydir. Hamının əlindəki resursdan istifadə edib əla iş görǝrǝk A qiyməti alması mümkün deyil, amma hamı üçün bu şəraitin yaradılıb A qiyməti alaraq qalib olmasına niyə imkan verilməsin ki?