Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yüz Qırx Yeddi Dənə Sən

Aqşin Yenisey

Sözler ve Alıntılar

Tümünü Gör
Qaraciyərin Serrozlu Sevgilisi
Çünki biz, insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə..
"Unudulum hamınızın yerinə"
İcazə verin, başımı aşağı sallayım Unudulum hamınızın yerinə. İcazə verin, sizi atıb getmiş sevgiliniz olum Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum Qazanıb itirdiyiniz pulunuz olum. İcazə verin, hər şeyiniz, hamınız olum, Günəşə yaltaqlanan kölgəniz olum. İcazə verin, mən də bir az siz olum. Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü darıxırsınız. Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə. Ayrılıq sevginin ifşasıdır. Biz bir-birimizdə gizlənmişdik sevəndə. Ayrıldıq... üzə çıxdıq. Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu. Necə ki, köhnə külək hər il yeni yarpaqlara tökülməyi öyrədir. İcazə verin, sizə, yəni bir-birini ayağının altına qoyub ucalanlara qoşulmayım, Xoşbəxtliyin xəndəyinə yıxılmaq üçün. İcazə verin, mən günə baxmayan günəbaxan olum.
Reklam
Tanrıya SMS
Əziz Tanrım 《 Kafirlər 》 sənin qarşında günahkardırlar 《Möminlər》 bizim.
Sevgi
Sevgi... sevgi yeni doğulmuş dərddir. Azadlığa həmişə başqalarından istəyir insan. Çünki azadlıq başqalarıdır.
Harda qalım ilahi, hara gedim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən? Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
GEDƏK, İÇƏK.
Bu sevgim də daşa dəydi Bəxtəvər daşın başına. Qarımış göy üzü kimi Asta-asta qar yağıram sağ əlim qışın başına. Daha dostlar da qoclaıb Mənim Parisim dağılıb Bütün səfillər yığılıb Yenə Qavroşun başına. Bəs o kimdi göydən baxdı Baxdı...baxdı... yoxa çıxdı. Bir şimşək də güllə çaxdı Yağan yağışın başına. Bu sevgim də daşa dəydi Daş düşsün daşın başına
Reklam
TARİXİN QADININA
Harda axtarım səni, Söylə hansı əsrdə? Hansı monastırdasan? Hansı uzaq qəsrdə? İnkivizitorlarmı Atıb səni tonqala? Yoxsa əsir düşmüsən,
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.