Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yüz Qırx Yeddi Dənə Sən

Aqşin Yenisey

Yüz Qırx Yeddi Dənə Sən Sözleri ve Alıntıları

Yüz Qırx Yeddi Dənə Sən sözleri ve alıntılarını, Yüz Qırx Yeddi Dənə Sən kitap alıntılarını, Yüz Qırx Yeddi Dənə Sən en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qaraciyərin Serrozlu Sevgilisi
Çünki biz, insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə..
Tanrıya SMS
Əziz Tanrım 《 Kafirlər 》 sənin qarşında günahkardırlar 《Möminlər》 bizim.
Reklam
Sevgi
Sevgi... sevgi yeni doğulmuş dərddir. Azadlığa həmişə başqalarından istəyir insan. Çünki azadlıq başqalarıdır.
Harda qalım ilahi, hara gedim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən? Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
"Unudulum hamınızın yerinə"
İcazə verin, başımı aşağı sallayım Unudulum hamınızın yerinə. İcazə verin, sizi atıb getmiş sevgiliniz olum Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum Qazanıb itirdiyiniz pulunuz olum. İcazə verin, hər şeyiniz, hamınız olum, Günəşə yaltaqlanan kölgəniz olum. İcazə verin, mən də bir az siz olum. Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü darıxırsınız. Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə. Ayrılıq sevginin ifşasıdır. Biz bir-birimizdə gizlənmişdik sevəndə. Ayrıldıq... üzə çıxdıq. Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu. Necə ki, köhnə külək hər il yeni yarpaqlara tökülməyi öyrədir. İcazə verin, sizə, yəni bir-birini ayağının altına qoyub ucalanlara qoşulmayım, Xoşbəxtliyin xəndəyinə yıxılmaq üçün. İcazə verin, mən günə baxmayan günəbaxan olum.
GEDƏK, İÇƏK.
Bu sevgim də daşa dəydi Bəxtəvər daşın başına. Qarımış göy üzü kimi Asta-asta qar yağıram sağ əlim qışın başına. Daha dostlar da qoclaıb Mənim Parisim dağılıb Bütün səfillər yığılıb Yenə Qavroşun başına. Bəs o kimdi göydən baxdı Baxdı...baxdı... yoxa çıxdı. Bir şimşək də güllə çaxdı Yağan yağışın başına. Bu sevgim də daşa dəydi Daş düşsün daşın başına
Reklam
TARİXİN QADININA
Harda axtarım səni, Söylə hansı əsrdə? Hansı monastırdasan? Hansı uzaq qəsrdə? İnkivizitorlarmı Atıb səni tonqala? Yoxsa əsir düşmüsən,
Isteyerdim..
İsteyerdinizmi, üreyiniz adi insan üreyi olsun, Yani bir az daş. Isteyerdinizmi, gözleriniz adi insan gibi gözleri olsun Yeni bir az kor Isteyerdinizmi pencereden adi insan kimi baxasiniz? Yeni intihar etmek üçün yox.
Sayfa 49
Tonight mood on :)
Geceniz xeyre qalsın, doktor Men ölmürem, Itkin düşürem..
Sayfa 85
Mükemmel
Ümidin oğulluğa götürdüğü sabahlar böyüyüb Heresi yeke bir dünen olub..
Sayfa 75
Reklam
Kecmişle geleceyin arasında bütün yerler tutulub.
Sayfa 75
Güzel
Ağaclar Tanrının özüne bağışladığı neheng güllerdir.
Sayfa 17
Oturub götür qoy edək, görək necə ayrılaq. .. Ayıbdır, gəl, heç olmasa, bir az sevək, ayrılaq.
heç kim...
ümid - yaşamaq üçün insana qurulmuş ilahi tələ. arzu - həyatda heç vaxt olmayanların yolunu gözləmək hələ sevgi - bərabərdi bütün ümidlərlə arzuların cəminə. Yuxuda gördüyün adamlar, həyatda gördüklərindən daha doğmadı inanın, heç olmasa. bu dəfə mənə.
KÖKƏLMİŞ ŞƏHƏRƏ ƏRİZƏ
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. Içdiyim suyunun sidik kisəsi, Yediyim çörəyinin bağırsağıyam. Bu gündən öz qocalığımın uşağıyam, Öz ölümümün qocasıyam. Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. Şamlarını birdən yandırmağı bacarmıram Amma üfürüb birdən söndürürəm. İşıq ömür, zülmət an məsələsidi, Bakı! Dünyaya gətirmədiyim uşaqların Uşaq Baxçasıyam! Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. ən böyük arzum: Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaqdı Məncə, rəssam ölübsə də, qulağı hələ sağdı. Bütün sevgilər uzaqdı... Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. Nə vaxtsa yandırdığın, sevgilinin şəkliyəm, Nə vaxtsa şəklini yandıran sevgilinəm
237 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.