a

Azərbaycan ədəbiyyatı

1 member
Ölüncə ölməyəcək misqalın ton ümidi, Susuzun su arzusu, çılpağın don ümidi. Sonsuz sarı gəlinin saralmış son ümidi, Sənə hədiyyəm olsun sevgililər günündə.
Adamın içində al-əlvan işıqlar kimi titrəşən duyğuları necə də dəqiq görürdülər. Kitab oxuduqca hamı insan xarakterinin çoxluğuna, rəngarəngliyinə heyran qalırdısa, o, əksinə, fərqli zamanlarda - fərqli məkanlarda yaşayanların oxşarlığına şaşırırdı. Sevinc, kədər, ədalət duyğusu hər yerdə eyni idi. Əvvəl sanırdı ki, ədəbiyyat insanın bədbəxtliyi haqqındadır və işi-gücü dönüb-dönüb bu dəhşətli məntiqin üstünə basmaqdadır. Sonra kitabların həm də böyük təsəlli olduğunu anladı.
Sayfa 107Kitabı okudu
Reklam
Ədəbiyyatımızda ilklər.
• Ən qədim zamanlardan başlamış Azərbaycan ərazisində məskunlaşan müxtəlif xalqların ən mükəmməl abidəsi - e.ə I minilliyə aid olan Zərdüştün "Avesta"sı. • I minilliyin ilk ədəbi-bədii hadisəsi -"Dədə Qorqud " eposu. • Rübai janrından ilk dəfə istifadə etmiş şair - Q.Təbrizi.(XI) • Ədəbiyyatımızda ilk divan müəllifi (fars
Sənə gedən yolları yadda saxlamaqda mənə kömək et ki, bir ömür keçdikdən sonra yenə yanına gələ bilim.
Aristotelin bir sözü var, deyir ki, sevmək ən yaxşı hesab etdiyin nemətləri özün üçün deyil, sevdiyin üçün arzulamaq, onu bu nemətlərlə mümkün qədər təmin etməkdir.
150 syf.
10/10 puan verdi
·
Liked
Səriyyə və onun kimilər, siz nə sevməyi bilərsiz nə sevilməyi :D Kitab yeni evli qadının ərinə qarşı etdiyi emosional xəyanətindən və tərəflərin iç dünyasında hadisələrə baxışından bəhs edir. Gənc mühəndis Adil və yol-tikinti texnikumunu bitirmiş Səriyyə evlənir, ilk vaxtlar evliliklərində hər şey yaxşı gedir. Daha sonra Adili rayona yol çəkilməyinə rəis təyin edirlər və gənc ailə rayona köçür. Səriyyə də körpü salınmasında iştirak edir, bu işdə kamanda yoldaşları 3 gənc oğlan olur. Oğlanlardan biri ilə ilk baxışdan bəri aralarında emosional münasibət gedir, heç bu barədə danışmasalar da. Hadisələrin gedişatında Səriyyə heç bir səhvi olmayan ərinə soyuq və pis davranır, davranışlarına özü də məntiqli açıqlama verə bilmir. Əri Səriyyənin 3 gənc oğlanla bütün vaxtını keçirməsinə bir söz demir ki, arvadı özü səhvini başa düşsün. Lakin Səriyyə bunun əvəzinə hər dəfə oğlanlarla, əsas da gizli hissləri olan Qəriblə daha da yaxınlaşır. Yəqin ki, xəyanət edib de etməmiş kimi davranan insanların ağlından keçənləri bu kitab sayəsində öyrənmək olar. Səriyyə özünü heç o yerə qoymur, hələ ərini borclu da çıxarır. Xülasə, kitabı oxuyanda türklər demiş sinir krizi keçirdim. Amma o qədər bəyəndim ki, dili sadə, çox axıcı və təsirli əsərdi.
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960399 okunma
Reklam
79 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.