d

Daosizm

1 üye
Takip
"Sen ve ben asla Dao'nun yanına yaklaşamayacağız çünkü her şeyi biliyoruz."
Sayfa 191·Kitabı okudu
Daosizm
Xoşbəxtlik lələk kimi yüngüldür, lakin heç kim onu çiynində daşımağın yolunu bilmir. Bədbəxtlik yer kimi ağırdır, lakin heç kim ondan yayınmağın yolunu bilmir. Basdir! Basdir insanları əxlaqla istiqamətləndirdiyin!" Ayıq ol! Bu işarələnmiş cığırla yeriyərkən ayıq ol! Eh, tikanlar, tikanlar! Siz mənim yolumu kəsə bilməzsiniz. Mənim cığırım sizin ətrafınıza dolanır. Mənim ayaqlarıma zərər verə bilməzsiniz. Meşədə ağaclar özləri baltanı cəlb edərlər. Oda tökülmüş yağ özü-özünü yandırar. Darçın ağacı yeməlidir, ona görə də, kəsilir. Lak ağacı faydalıdır, ona görə də, yıxılır. Faydalılığın faydasını hamı bilir, lakin faydasızlığın faydasını heç kim bilmir". Daosizm
Daosizm
Reklam
22
Tam olmaq istəyirsənsə, yarımçıq olmağı icazə ver özünə. Düz olmaq istəyirsənsə, əyri olmağı icazə ver özünə. Dolu olmaq istəyirsənsə, boş olmağı icazə ver özünə. Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə. Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et. Daoda məskən salmaqla müdrik bütün varlıqlara nümunədir. Özünü göstərmədiyi üçün insanlar onun nurunu görǝ bilirlər. Heç nəyi sübut etmək istəmədiyi üçün insanlar onun sözlərinə inanırlar. Özünün kim olduğunu bilmədiyi üçün insanlar özlərini onda tanıya bilirlər. Ağlında hədəf olmadığı üçün gördüyü hər işdə uğur qazanır. Qədim müdriklər boş yerə demirdilər: "Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et" Yalnız Daoda yaşamaqla sən tam olaraq özün ola bilərsən.
Sayfa 31·Kitabı okudu
Daosizm
Doğru sözlər qulağa xoş gəlmir. Qulağa xoş gələn sözlər - doğru deyillər. Yaxşı insan mübahisədə usta deyil. Mübahisədə usta olan - yaxşı insan deyil. Bilən sübur etmir. Sübut edən - bilmir. Müdrik toplamır. Başqalarına nə qədər çox verirsə,o qədər varlı olur. Göyün Daosu - fəaliyyət göstərmək və başqalarına mane olmamaq.
Daosizm
36
Bir şeyi sıxmaq üçün əvvəlcə genişləndirmək lazımdır. Bir şeydən azad olmaq üçün onun çiçəklənməsinə imkan verməlisən. Bir şeyi almaq üçün əvvəlcə onu vermək lazımdır. Buna nəsnələrin təbiətinin qavranılması deyilir. Yumşaq sərtə qalib gəlir. Lǝng cəldə qalib gəlir. İşini sirr kimi saxla, İnsanlara yalnız nəticələri göstər
Daosizm