Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
200 syf.
6/10 puan verdi
·
6 günde okudu
Bataqlıqdan ağ zanbaqlar ölkəsinə...
Böyük gözləntilərlə və həvəslə başladığım kitabında sonuna gəldim. Kitabda illərlə əsarət altında qalmış Finlandiyanın necə bu bataqlıqdan xilas olduğunu aydın şəkildə görürük. Finlandiyalıların təhsilə verdiyi önəmi çox sevdim. Təhsili gücləndirməklə necədə gözəl yerlərə gəlmək olarmış....Ümumi kitab haqqında düşüncələrimə gəlsək, "Türkiyədə Qurandan sonra ən çox satılan kitab" cümləsini gördüyüm an kitabdan olan gözləntilərim pik nöqtəyə çıxdı. Amma çox təəssüf ki, yenə hərkəsin tərifləyə tərifləyə bitirə bilmədiyi kitablardan birini mən elədə bəyənmədim. Heç axıcı gəlmədi mənə kitab. "sürünə-sürünə" oxudum desəm yeridi. Ancaq "Qəhraman və kütlə" " Kazarma" bölümləri digərlərinə nisbətən babatıydı. "Valideynlər və uşaqlar" "Karokep" bölümü isə ən sevdiklərim oldu. Kitabın ən can alıcı və axıcı hissəsiydi. Qalan hissələr zorla birtəhər oxudum. O qədər sıxıldım ki bir çox səhifədə oxuduğumu anlamadığımın fərqinə varıb, həmin səhifəni başdan oxumağa başladım. Yenədə çatdırdığı fikirlər gözəl idi. Amma bizim ölkəyə görə birazda nağıl kimi gəldi.... kaş insanlarımızı o qədər asanlıqla özlərinə gətirmək olsaydı. Görəsən doğurdanda bataqlıq da olan ölkəni ağ zanbaqlar ölkəsinə çevirmək mümkündürmü? Görəsən bir gün bunu bacara biləcik? Qüsursuz kitab yoxdur. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın! salamat qalın!!!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999,6bin okunma