Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Təzad
Yataqxananın üfunətli küncünə atılmış ac, susuz biz və geniş, işıqlı otaqlarda naz-nemət içində bəslənən o küçük...
...Amma ölmüş yaxınının xatirəsi qədər ürəyi dağlayan heç nə ola bilməzmiş, sən demə...
Reklam
Həyat necə də qəribədir. Bir gün səni təltif edir, sevincə bələyir. Başqa gün isə hər şeydən məhrum edərək dərdlərinlə baş-başa qoyur...
...O vədələrdə "krossovka" dediyimiz idman ayaqqabısı dəbdə idi. Həyətimizdə təkcə Valeranın "krossovka"sı yoxuydu. Bir dəfə gördük ki, qara çəkmələrini ağ boyayla boyayıb , üstündən də eninə üç dənə qırmızı xətt çəkib...
Düşündü ki, dünya hamıya məxsusdur, ancaq bununla belə hər kəsin də öz ayrıca dünyası mövcuddur...Dünyanın ona ayrılan küncündə keçirdiyi acılı-şirinli günləri var hər kəsin... Öz dünyanın dünyayla vəhdətini qıra bilsən, acı günlərin tək-tük, şirin günlərin isə bol olacaq. Yox, əgər bunu edə bilməsən, onda ömrünün sonunadək əzab çəkəcəksən...
Reklam
...Bu mahnı sonradan oğlanla qızın sevgi himninə döndü. Evlənəndən sonra da daim onu dinlədilər. Amma bir şeyi unutmuşdular...Bir şeyin fərqinə varmamışdılar ki, ayrılıq mahnısı sevgi himni ola bilməz. Onlar, doğrudan da , ayrıldılar. Bir gün ayrılıq adlı əjdəha gəlib onları bir-birindən ayırdı. Qızı qara torpağa apardı, oğlanısa...Oğlanısa...
Görəsən ,insanın ömrü boyu nə qədər arzusu həyata keçmir , içindəcə gömülüb qalır?.. Bilsəydi ki, o yazıq dəniz kənarında yaşaya-yaşaya dənizin həsrətiylə öləcək, arzusunu gözündə qoyardımı?..
İndi anası danışdıqca onsuz da dərdə batmış İlahəni daha da üzürdü. Deməli, bacısının hər şeyi olacaq. O isə əynində gətirdiyi və indi kifayət qədər nimdaşlaşmış küçə-bayır donunu təzələmək üçün gözləməlidir ki, ərigilin quzuları böyüsün, onu satsınlar, puluna da onun üçün paltar alsınlar...
Başqalarına ən çətin anlarda dönə-dönə məsləhətlər verməyi bacarırıq. Ancaq özümüz ən adi həyat epizodunda belə çaş-baş qalırıq...
67 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.