Müəllifi 7 ilə yaxındır izləyirəm. İlk dəfə youtube videolarından tanımışdım. Hekayələşdirmə bacarığı çox gözəldir. Axıcı və anlaşılan dildə yazır. Bu tərzdə bir kitabı başqa formada oxumaq da ayrıca əziyyət olardı.
Kitab ağzımızdan başlayıb. Bağırsaqlara qədər olan qida qəbulu və xarici yollarımızda baş verənlərdən, onların həyatımızdakı rolu və bizə təsirindən danışır. Son dövrlərdə daha çox fiziki sağlamlığın həyatımızdakı yeri ilə maraqlandığım üçün beynimdəki bəzi əksik pazl parçalarını tamamlayır. Müəyyən müddətdə bu kitabı həzm edənə qədər bu mövzuda başqa kitab oxumağı düşünmürəm. Adətən bədii ədəbiyyat sırf bu yorğunluqları aradan qaldırmaq üçün oxuyuram.
Ya da ən azından mövzu dəyişiklikləri olmalıdır. Bu beynə fərqli baxış bucağı qazandırır. Necə ki, fərqli qidalar fərqli bakteriyalarımızı inkişaf etdirir.
Kitabdan sonra bakteriyalara olan münasibətiniz dəyişəcək. Bu sizin həyatınızda xüsusi anlardan biri ola bilər.
Xoş mütaliələr!