Nina: Bir bilsə idiniz, mən sizi necə qısqanıram! İnsanların taleləri müxtəlifdir. Bəziləri darıxdırıcı, nəzərəçarpmayan mövcudiyyətlərini zorla sürüyürlər, hamısı bir-birinə bənzəyir, bir-birindən bədbəxtdirlər; başqalarının isə, məsələn, sizin, — siz milyonda birsiniz, — bəxtinə maraqlı, işıqlı, məna ilə dolu həyat düşüb…
Triqorin: Hmm… Siz bax məşhurluq, xoşbəxtlik, hansısa işıqlı və maraqlı bir həyat haqqında danışırsınız, mənim üçün isə bütün bu gəlişigözəl sözlər, bağışlayın, marmelad kimi bir şeydir, hansını ki, mən heç vaxt yemirəm.