n

Nəfəs

0 üye
Takip
Bu güzgüyə bir vaxt qoşa baxardıq...
Bu güzgüyə bir vaxt qoşa baxardıq- bu güzgüdə yerin indi boş qalıb. Bəlkə səndən bu güzgünün canında dodaq qalıb, kirpik qalıb, qaş qalıb?! Göz yaşların canındadır bəlkə də damla-damla əriyəcək bu güzgü. Bu gün sənin ayağınla dünyada ayaq açıb yeriyəcək bu güzgü. Bəlkə səni axtaracaq, gəzəcək, milyon-milyon adamların içində. Görən kimi tanıyacaq üzünü, ən qaranlıq axşamların içində. Qaçacaqsan bu güzgüdən, Dönəcəksən o döngəyə, bu tinə. Adamları, maşınları, evləri Atacaqsan bu güzgünün cənginə. Yenə, yenə doymayacaq bu güzgü, bir şəhəri udub-udub gələcək. Səni gözdən qoymayacaq bu güzgü. yeri-göyü tutub, tutub gələcək. Sən qaçdıqca yelləncək saçların, Bu güzgüyə pay düşəcək saçından. İpək donun yelləndikcə, güzgüyə Pay düşəcək ətəyinin ucundan.
Sayfa 56 - Ramiz Rövşən·Kitabı okudu
Nəfəs