q

qəzəl

3 üye
Takip
Mehkum Gozlerimdi Hakim Gozlerin! Gozum cemalini xeyal sanibdi Urek duwunubdu urek anibdi Bu gun qelb ogrusu yaxalanibdi Mehkum gozlerimdi,hakim gozlerin! Istesen ucadan mohkemden bagir Istesen hokm ver lap cetin agir Istesen can alan celladlar cagir Mehkum gozlerimdi,hakim gozlerin! Ol gulum pervane sene wem olum Yarali derdine bir melhem olum Sevinc ol eybi yox qoy men qem olum Mehkum gozlerimdi,hakim gozlerin! Bu ne cur irade ne cur nefisdir Varligim varligina ancaq herisdir Birce an gozune baxmaq hebsdir Mehkum gozlerimdi,hakim gozlerin! Sonuncu baxiwdir axi nefesdir Yandirib yaxmagin vALLAH ebesdir Yum o gozlerini ne olar besdir Mehkum gozlerimdi,hakim gozlerin! Haqqi dana-dana nahaq olmuwam Hanidan ozumden qacaq olmuwam Gorende gozune dustaq olmuwam Mehkum gozlerimdi,hakim gozlerin!
qəzəl
Şairə
Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı, Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı... ...Nə ah olaydı, nə əfsus, nə parə-parə könül...
Sayfa 117 - Mimta Yayımları·Kitabı okudu
qəzəl
Reklam
Yalvara - yalvara arxanca gedib - Biçarə qəlbimə gülübdür aləm . Elə düşünmə ki mənliyim itib - Səninlə küsülü qala bilmirəm . Ümiddən danışma , onu üzmüşəm , Zamannan soruşma - tamam bezmişəm ; Taledən küsmüşəm , bəxtdən küsmüşəm - Səninlə küsülü qala bilmirəm . Söndür bu şamı da çıraqsız qalım , Qələmsiz , kitabsız , varaqsız qalım ; Lap bütün dünyaya maraqsız qalım - Səninlə küsülü qala bilmirəm . Hazıram sallanım dar ağacınnan , Əl çəkəm zəliltək kor ağacınnan ; Qalaram yaşamaq ehtiyacınnan - Səninlə küsülü qala bilmirəm . Hardasan , yolumu haradan salım ? Hansı dərdin ağır , hansını alım ? Dağıt viran elə , xaraba qalım - Səninlə küsülü qala bilmirəm . Sınmadım , qalsam da hərdən ümidsiz , Dəfn etdim özümü sübut şahidsiz , Sən ilham pərisi , mən Vahid Əziz Səninlə küsülü qala bilmirəm ... Vahid Əziz
qəzəl
Mənim üçün dəyərli birine hediyəm olsun ))
ƏLİAĞA VAHİD Gozelim gul uzune el-hami heyrandi senin, Fitnekar wux baxiwin iwveli ceyrandi senin. Meni bimar eleyen gozlerinin hesretidir, Leblerin xeste olan konlume dermandi senin. Sən gülərkən şad olur ellər də gulur, Meger ol leli-lebin qonceyn-xendandi sənin. Gozlerin qaret edib konlumu canim qalmış O da ki,qaşlarinin tagina qurbandi sənin. Erkoyunsen nə bilirsən elə oz aşiqinə, Hər nə hokm eyləsən,kokmun de firavandi senin. Bu məlahətdə əgər bilmesəb oz qiymətini, Nazəninim, mələyim,şənine noqsandi senin. Qirmizi alma kimi Lalə yanagin qizarib, Gul cəmalin elə bil bagi-gulustandi sənin. Nə konul doydu,nə goz gul uzunə baxmaqdan, Oyle ki,eksi-ruhun diqqete şayandi sənin. Demə Vahid yaniram eşq oduna tabim var, Cunki dogma vətənin Azərbaycandı sənin.
qəzəl
Hər gülşənin Allah güli-rənasını versin, Hər qönçənin öz bülbüli-şeydasını versin. Hər aşiqi öz istədiyi yarə yetirsin, Hər Məcnuna öz sevgili Leylasını versin. Cananin üzü əks olunur zər qədəh içrə, Ariflərə saqi meyi-minasını versin. Yoxdursa məhəbbət, o ürək bir qara daşdır, Allah hamının eşqini, sevdasını versin. Gün görmədi Yasin bu dəni fani cahanda, Allah qoy heç olmazsa o dünyasını versin
qəzəl
Sən mələksən,sənə insan deyənin ağlı çaşıb, Eybsiz hüsnüvə nöqsan deyənin ağlı çaşıb. Sınsın əsrin gözəlim,Leylisi də, Şirini də, hələ də onlara dastan deyənin ağlı çaşıb. Bülbüləm mən ki, kanımdı bağım, gülzarım, Var belə bağü gülüstan deyənin ağlı çaşıb. Könlümü Şahmar ilantək dəmə çəkmiş zülfün, O zəhirmarı görüb can deyənin ağlı çaşıb. Qoy deyim dərdimi dilbər sənə imkan var ikən, Düşəcək bir daha imkan deyənin ağlı çaşıb. Əşrəfin ağlı çaşıb söyləsələr vermə fikir, Elə söz, ay sənə qurban, deyənin ağlı çaşıb. Əşrəf Pirşağılı (Hacızadə)
qəzəl
Reklam
Reklam