Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

q

qəzəl

Aşiq olma" dili-bimarə desəm, düz çıxmaz, "Yanma" pərvanələrə "narə" desəm, düz çıxmaz. Dərdimi mən necə izhar eləyim dosta-yada, Dost əlac eyləməz, əğyarə desəm, düz çıxmaz. Nə deyim onlara ki, zülfə salıblar mehri, "Siz də mən tək çəkilün darə" desəm, düz çıxmaz. Desələr yarə "yaraşmır ağ üzə qarə teli", Demərəm mən ki, ağa qarə desəm, düz çıxmaz. Yarə "məhparə" deyən var, demərəm mən əsla, Bütöv aydır, ona məhparə desəm, düz çıxmaz. Demə biganəyə "sev", düz deyil, ey dil, necə ki, Kora "gör", yaxud "eşit" karə desəm, düz çıxmaz. Gər vəfasızda vəfa eyləməmək adətdir, "Düz çıxar əhd ilə ilqarə" desəm, düz çıxmaz. Ürəyim yarəlidir, yarə vuran yar əlidir, "Vurma gəl yarə", əgər yarə desəm, düz çıxmaz. Çün Əvəz, zövq verir daima bu yarə mənə, "Eylə dildara, ona çarə" desəm, düz çıxmaz
Bir nəfər yoxdu desin dərdimi cananə mənim. Canımın hicri gətirmiş canımı canə mənim. Yandı canım, bu yanan canıma tək mən yanıram, Yoxdu bir kimsə ki, canım canıma yanə mənim. Qalmadı yanmağa canım daha məhşər gününə, O qədər yandı canım atəşi-hicranə mənim. Aşiqəm vardı mənim əqli-kəmalım bilməm, Nə səbəbdən deyilir adıma divanə mənim. Uyma dünyaya Dadaş, vermə cavan ömrü hədər, Bunu dərk et, nə sənindir qoca dünya, nə mənim.
Reklam
Yuxuma Gelmeye Teles Bu Gece. Yaman qəribsəyib ürəyim sənsiz, Həstrətin ruhuma qəfəs bu gecə Barı insaf elə səssiz-səmirsiz Yuxuma gəlməyə tələs bu gecə.
Mehkum Gozlerimdi Hakim Gozlerin! Gozum cemalini xeyal sanibdi Urek duwunubdu urek anibdi Bu gun qelb ogrusu yaxalanibdi Mehkum gozlerimdi,hakim gozlerin!
Əvvəlindən salan olsaydı əgər başə bizi, Cəhlimiz salmaz idi bunca dağə-daşə bizi. |
Əliağa Vahid
Əliağa Vahid
Giryan olmuşdu gözlərim sevginin sevinci ilə Eybi yoxdu əzizim, gözəldi səninlə ayrılıq belə
Reklam
Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Fuzuli
Fuzuli
Nəsimi Sığmazam
... Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. ... Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Bu könül mülkü yenə sevgili yar'çün darıxır O gözəllər gözəli, eşqi nigarçün darıxır Bu ölüm eşqi nədir içimdə, ruhum deyəsən O bilinməz məkan üçün o diyarçün darıxır O qədər darıxmış ki, könül hər allahın günü İndi bir gün darıxmasa, intizarçün darıxır O qədər meyl elədin ki bu çəmənzarə könül Mürği`dil indi də ol bülbülü`xarçün darıxır Ömrü vurdum başa bir düz qərar tuta bilmədim İndi hər səhv qərarım o biqərarçün darıxır. Məşədi söyləmiş idi, mənə qışdır baharım Qış keçən ömrüm indi fəsli baharçün darıxır Sənin üçün yenə ilqar darıxırmış, amma ki , Səndən də artığ ilqar indi məzarçün darıxır. #yaxşıqəzəlxanınözqəzəlləriyadındaqalmır