s

Satirik Şiir

0 üye
Takip
Doğru
Doğru deyən olsaydı yalançı usanardı, Avarə qalanlar dəxi bir söz də qanardı! Sabitqədəm olsaydı əgər yar vəfadə, Aşiq dəxi qaçmazdı bəladən, dayanardı! Əqval ilə ə’mal bir olsaydı, yəqinən, Bunca denilən sözlərə məxluq inanardı! Münsif həqə həq, batilə batil söləsəydi, Əlbəttə ki, nahəq söləyən şəxs utanardı! Şəxsiyyə qərəz yatmışa laylay deməsəydi, Qəflətlə yatan gözlərimiz bir oyanardı! Gər ağzı küləkli kişilər püfləməsəydi, Bir şəm’ ki, asudə yanır, həm də yanardı! Həq söyləyənin küfrünə hökm eyləməsəydik, Həqgu məgər öz fikrini gizlərdi, danardı?!
Sayfa 165·Kitabı okudu
Satirik Şiir
Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!
Vah!.. Bu imiş dərsi-üsuli-cədid?! Yox...x! Yo...x! oğul, məktəbi-üsyandı bu! Molla deyil bundakı təlim edən! Əlhəzər et, bir yeni şeytandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. Gör necə alt-üst eləyib şeyləri, Döndərib “a-ba”yə “əlif-bey”ləri, Bidətə bax, “ya” oxudur “yey”ləri, Sanki hürufat ilə düşmandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. Diqqət edib baxsan əgər dərsinə - Hər sözü təlim eləyir tərsinə; Dəyməz o bir paslı dəmir ərsinə - Min də desə dürci-zərəfşandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. Verdiyi dərsi uşağa yazdırır, Hüccə demir, hər əməlin azdırır, Gah oxudur, gah çıxarıb gəzdirir, Bir demir övladi-müsəlmandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. Bir də görürsən ki, olub heyvərə - Əlli uşaq banladı birdən-birə, Dərs demə, gülməli bir məsxərə! Molla demə, məsxərəcünbandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Sayfa 218·Kitabı okudu
Satirik Şiir
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz, Doludur lənət ilə, qeybət ilə söhbətimiz, Oxumaqdan payımız yox, yazıdan qismətimiz, Bu əvamlıqla belə hər sözü təfsir edərik! Mümkün olduqca müsəlmanları təkfir edərik! Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq, Harda bir nur görürirsək, ona qarşı olarıq, Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq, Bizə hər kəs çörək atsa, onu təqdir edərik! Mümkün olduqca müsəlmanları təkfir edərik! Deyilik naşi bu işdə, — ağarıbdır yalımız, Bilirik dini-müsəlmanı bu gün öz malımız, Üzüqırxıq deyilik, — bir şələdir saqqalımız, Tərpədib xeyrə onu, aləti-təzvir edərik! Mümkün olduqca müsəlmanları təkfir edərik! Gedərik məscidə hər gün, qılarıq onda nəmaz, Xüşkə möminlik edib, bağlayarıq razü-niyaz, Məscid olsun,— alarıq satsa cocuqlar bizə naz, Bu uşaqbazlığı biz zöhd ilə təstir edərik! Mümkün olduqca müsəlmanları təkfir edərik! Danışıb-söyləşərik hər necə ünvan olsun, İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun, Hər kəsə bağlayarıq her cürə böhtan olsun, Qoy bizim din evimiz olsa da viran, olsun, Güc verib zikrə, cinan qəsrini təmir edərik! Mümkun olduqca müsəlmanları təkfir edərik!
Sayfa 270·Kitabı okudu
Satirik Şiir
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol, Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvardə xak ol, Sök aləmi, yandır; Xalqın nəzərin cəlb elə qurşağa, qəbayə, Məclubi-üyun ol; Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə, İmanə sütun ol; Səy eylə ki, saqqal uzanıb üç çərək olsun, Papaq ona nisbət; Qurşaq da, bilirsən ki, on arşın gərək olsun, Təfsilə nə hacət.... Qoyma yerə təsbihini, əl çəkmə duadən, Övrad oxu daim; Məclisdə çəkib tut özünü, ol nücəbadən, Söz söylə mülayim; İştə geyinib məzhəbi, imanı büründün, Pək möhtərəm oldun; İndi nəzəri-xalqda sən pak göründün, Əhli-kərəm oldun; Başdan-ayağa əmnü əman oldu vücudun, Zöhd ilə bitişdin; Nolmaq diləyirdinsə haman oldu vücudun, Məqsudə yetişdin! Vəqt oldu ki, indi edəsən aləmi talan, Tut, qoyma qaçanı! Hökm indi sənindir, dəxi çək işlərə saman, Yığ müşkül açanı; Dul övrətə bidad elə, eytamə xəyanət, Xovf etmə əcəldən;
Sayfa 50·Kitabı okudu
Satirik Şiir
Fələ, özünü sən də bir insanmı sanırsan?!
Fələ, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlali gərək olsun, İnsan olanın dövləti, mali gərək olsun, Himmət demirəm, evləri ali gərək olsun; Alçaq, ufacıq daxmanı samanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Hər məclisi-alidə soxulma tez arayə, Sən dur ayaq üstə, demə bir söz ümərayə, Caiz deyil insanca danışmaq füqərayə, Dövlətlilərə kəndini yeksanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Fəqr ilə ğina əhlinə kim verdi müsavat? Mənadə də, surətdə də var bunda münafat, Öz fəzlini pulsuz edəməz kimsəyə isbat, Bu mümtənəi qabili-imkanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Get vur çəkicin, işlə işin, çıxma zeyindən, Məqsud müsavat isə ayrılma ceyindən, Var nisbətin ərbabi-ğinayə nə şeyindən? Bir abbası gün muzdunu milyanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Sayfa 100·Kitabı okudu
Satirik Şiir
Giley, yaxud umu-küsü
Get-gedə, "Zənbur" ağa, sən də çaşırsan deyəsən?! Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?! Sən düz adəmsən əgər səndə bu tədbir nədir? Jurnala çəkdiyin ol çalmalı təsvir nədir? Qollarından sarılan kimdir, о zəncir nədir? Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?! Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?! Nədir ol həlqeyi-zəncirdə bir para süvər? Kimləri göstəriyor halqa dərunindəkilər? Şəkli-islama gülən kimdir о ifritsiyər? Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?! Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?! Açmağa bir para əsrarı edib səyü təlaş, Çalışırsan ki, bizə təng ola ta rahi-məaş? Bu qədər etmə cəsarət, özünü gözlə, yavaş! Dəymədikcə kefinə lovğalaşırsan deyəsən?! Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?! Sən bu şəkl ilə bütün xalqı oyatdın da deyək, Bizi mənfur eləyib bir yana qatdın da deyək, Sənə nə xeyr olacaq bizləri atdın da deyək? Boş yerə boylə bizimlə dalaşırsan deyəsən?! Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?! Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin, Bir para şəxsə sataşdın, bu nəsihətdi, dedin, Bizi qatdın işə, bir növ zərafətdi, dedin,
Sayfa 254·Kitabı okudu
Satirik Şiir