Bizim bә’zi alimlәrimizin özlәrinә örnәk vә rәhbәr qәbul etdiklәri sәhabәlәr vә xәlifәlәrin mövqelәrinin açıqlanmaması üçün hәqiqәtlәri gizlәtmәyә çalışdıqlarını anladım. Bunlar bә’zәn sәhih vә doğru hәdislәri tәfsir edib әsl mә’nalarından çıxardırlar, bә’zәn dә mәzhәblәri ilә uyğun olmayan hәdislәri (öz Sәhihlәrindә dә olsa) tәkzib etmәyә çalışırlar vә onların düzgün olmadıqlarını iddia edirlәr. Vә bә’zәn dә bir hәdisin yarısını atıb qalanını nәql edirlәr. Bә’zi vaxtlar da görürsәn ki, bir hәdisi bir kitabın birinci çapında nәql elәyirlәr, amma sonrakı çaplarda heç bir dәlil göstәrmәdәn nәql etmirlәr. Әlbәttә, şüurlu adamlar bu işin dәlilini yaxşı bilirlәr.
Tәhrif metoduna bel bağlayan şәxslәr, mә’lum olduğu kimi, müasir dövrdә dә bir çox yazıçı kirayәlәyib onlara istәdiklәri diplom vә lәqәblәri verir vә sәhabәlәri haqq, batildi demәdәn müdafiә etmәk vә şiәni tәkfir etmәk barәdә kitablar yazdırırlar.
Bu cür kitabların әsas hәdәfi peyğәmbәrdәn sonra haqqdan dönәn sәhabәlәrin toxunulmaz olduqlarını vә onların әmәllәrini sübuta yetirmәkdir.
Sayfa 162 - Yalan tarix həyatımızın hər yerinə nüfuz edib·Kitabı okudu
Ey kaş bunlar haqqdan dönәn sәhabәlәrin işlәrini yaxşı göstәrmәyә çalışmaq vә tarixi hәqiqәtlәrә zidd olan görüşlәr irәli sürmәk әvәzinә haqqı qәbul edәydilәr.
Hәtta tabe olmaqla hәm özlәri arxayın olardılar, hәm dә parçalanmış İslam ümmәtinin birliyinә kömәk edәrdilәr.