t

Tarix

1 üye
Takip
Fatehlik düşüncəsi
20 iyul 1969-cu ildə Nil Armstronq və Bazz Oldrin Ayın səthinə endilər. Uçuşdan bir neçə ay "Apollon-11"in astronavtları ABŞ-ın qərbində Ayın landşaftına bənzəyən bir səhrada təlim görmüşdülər.
Sayfa 309 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarix
15. Elmlə imperiyanın nikahı
...ekspedisiyaya Qrindən əlavə, botaniklər Cozef Benks və Daniel Solanderin başçılığı ilə müxtəlif ixtisaslı səkkiz alim də daxil edildi. Heyətə alimlərin qarşılaşacağı yeni torpaqların, bitkilərin, heyvanların və insanların rəsmlərini çəkməli olan rəssamlar da vardı. Bankların və Kral cəmiyyətinin əldə edə bildiyi ən yaxşı alətlərlə təchiz edilmiş bu ekspedisiyaya təcrübəli dənizçi, məşhur coğrafiyaçı və etnoqraf olan Kapitan Ceyms Kuk başçılıq edirdi.
Sayfa 300 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarix
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
15. Elmlə imperiyanın nikahı
1761-ci ildə alimlər bu keçidi Sibir, Şimali Amerika, Madaqaskar və Cənubi Afrikadan müşahidə etdi. 1769-cu ildə isə Avropa Elm Cəmiyyəti daha böyük səy göstərdi və Kanadanın şimalına, hətta Kaliforniyaya da (o dövrdə kimsəsiz torpaqlar idi) alimlər göndərdi. Londonda yerləşən Təbiət Elmlərinin İnkişafı Üçün Kral Cəmiyyəti bunu kifayət hesab etmədi, ən dəqiq nəticələri əldə etmək üçün astronomlardan birini Sakit okeanın cənub-qərb tərəfinə göndərmək lazım idi.
Sayfa 299 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarix
Boş xəritələr
Müasir dövrün ilk insanı 1499-1504-cü illərdə Amerikaya bir neçə dəfə səyahət edən italyan dənizçi Ameriqo Vespuççi idi. Bu səyahətlərdən bəhs edən iki yazı 1502 və 1504-cü illərdə Avropada nəşr edildi. Vespuççiyə ithaf edilən bu mətnlərdə deyilirdi ki, Kolumbun kəşf etdiyi torpaqlar– Şərqi Asiya sahillərindəki adalar deyil, müqəddəs yazılara, qədim coğrafiyaçılara və müasir avropalılara məlum olmayan yeni bir qitə idi. 1507-ci ildə bu iddialarla razılaşan Martin Valdzemüller adlı nüfuzlu bir kartoqraf dünyanın yenilənmiş xəritəsini nəşr etdirdi və bu xəritədə ilk dəfə idi ki, Avropadan yola düşən gəmilərin yan aldığı uzaq sahillər yeni bir qitə kimi göstərilirdi. Valdzemüller bu qitəni çəkdikdən sonra ona ad verməli idi. Səhvən bu torpaqların Amerio Vespuççi tərəfindən kəşf edildiyini düşünüb, qitəni onun şərəfinə Amerika adlandırdı.
Sayfa 312 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarix
Niyə Avropa ?
Dünyanın ilk ticarət dəmir yolu 1830-cu ildə İngiltərədə açıldı. 1850-ci ildə qərb ölkələrini demək olar ki, 40 min kilometrlik dəmiryolu şəbəkəsi birləşdirirdi, amma Asiya, Afrika və Latın Amerikasında ümumilikdə cəmi 4 min kilometrlik dəmir yolu vardı. 1880-ci ildə Qərb 350 min kilometrdən çox dəmiryoluna sahib olduğu halda, dünyanın qalan hissəsi üçün bu rəqəm 35 min kilometr idi (bunun böyük hissəsi isə ingilislərin Hindistanda inşa etdikləri dəmiryolunun paynına düşürdü). Çində ilk dəmiryolu 1876-cı ildə açıldı. Uzunluğu 25 kilometr idi və avropalılar tərəfindən inşa edilmişdi. Növbəti ildə Çin hökuməti bu dəmiryolunu sökmək əmri verdi. 1880-ci ildə Çin imperiyasında bircə dəmiryolu da yox idi. İranda isə ilk dəmir yolu 1888-ci ildə açıldı; Tehranı on kilometr cənubda yerləşən müqəddəs ziyarətgahlarla birləşdirən bu xətti Belçika şirkəti inşa etmişdi və belçikalılar idarə edirdi. İngiltərənin ərazisindən yeddi dəfə böyük olan İran torpaqlarında 1950-ci ildə bütün dəmiryolu şəbəkəsinin uzunluğu cəmi 2500 kilometr idi !
Sayfa 306 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarix
Niyə Avropa ?
Şübhəsiz ki, 1850-ci illərdən etibarən Avropanın hökmranlığı texnoloji möcüzələrə və hərbi-sənaye-elmi kompleksə əsaslandı.
Sayfa 305 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarix