“Dini məsuliyyət hissi tələb edir ki, İslamın gələcəyi, onu təhdid edən təhlükələr və qarşısındakı problemlər barədə düşünək. Məzhəb mənsubiyyətindən asılı olmayaraq, bütün müsəlmanlar İslamın gələcəyilə bağlı ciddi məsuliyyət hiss etməlidirlər. Əgər ölənlərin qəbrini açmaqla və keçmiş alimlərin kitablarındakı ixtilaflı məsələləri axtarmaqla məşğul olsaq, nifrət və ədavəti artırmaqdan başqa bir nəticəsi olmayacaq, İslama və müsəlmanlara heç bir xeyir verməyəcək. Əlbəttə, bu o demək deyil ki, keçmişlə əlaqəmizi kəsməliyik. Bizim düşüncə və əqidə varlığımız keçmişə bağlıdır ”.