kreys13

kreys13
@kreys13
2743
Sen ki, saçından tırnağına kadar Bir hürriyete bedelsin, Bu ılık saçlar, bu gözler, fakat her şeyden önce Yaşadığın için güzelsin... Turgut Uyar
Şiir
Reklam
2743
Mənim səndən uzaqlarda Yamandı halım, necəsən? Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən? Yalana döndü gerçəyim, Ay gözəlim, ay göyçəyim, Çəmənim, çölüm, çiçəyim, Pətəyim, balım, necəsən? Daşam yolun üstü bitən, Nə sirdi anlamaz yetən. Gözü, könlü dil-dil ötən, Dilləri lalım, necəsən? Zər-zibam, ləlim, gövhərim, Yaqut-yəmən, simu-zərim, Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən? Üzün dönməz mənə sarı, Yarı öz ömründən, yarı. İbrahimin sitəmkarı, Necəsən, zalım, necəsən? İbrahim İlyaslı
Şiir
2743
Elə darıxıram ki, Az qala, evdən çıxıb Sənin arxanca gəlsin Mənim ayaq izlərim Ay balaca xanimim, Mən sən boyda sevməyi Axı harda gizlədim? Vallah, qəlbin qəribədi Nə qıfıl düşür, nə açar, Gəl, mənlə söz güləşdirmə Bir qucaqlıq canın var Elə gülümsədin ki Bütün bu ağlamaqlar Dodaqlarında itdi Hə,balaca xanımım Sənlə müqayisədə Xoşbəxtlik çox bəsitdi. Durub səndən baxanda Ağrımaq da gözəldi Özümdən qaçan hisslərim Sənə çatıb gözlədi Gözlədi ki, yapışıb Tutasan barmağımdan "Səni sevirəm" sözün Beləcə, bir öpüşlə Alasan dodağımdan
Şiir

kreys13

, bir kitap okudu
Puan vermedi·152 syf.·
Beğendi
·
2020 2. kitabı
George Orwell
8.6/10 · 296,3bin okunma
2743
Sənin bəhrən yiyən kimdir? Kiminkisən, yiyən kimdir? Sənə dogru deyən kimdir? Yalan dünya, yalan dünya! Atı əzəl dağa saldıq, Yorulduqca dalı qaldıq, Atı satdıq, ulaq aldıq, Yəhər oldu palan dünya. Səni bayquşlar alqışlar, Dəli viranəni xoşlar, Dolan əqlə səni boşlar. İçi boşla dolan dünya. Ocaq ikən sönənmişsən, Çanaq ikən çönənmişsən, Nə pis qarı nənəymişsən, Nağıl, yalan-palan dünya. Biri ayna, biri pasdır, Biri aydin, biri kasdır, Gecə toydur, səhər yasdır, Gül açdıqca solan dünya. İgidlərin başın yiyən, Qocalar bozbaşın yiyən, Qəbirlərin daşın yiyən, Özü yenə qalan dünya.
Şiir