- Görəsən, orda, uzaqlarda xoşbəxt olacam?
- Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlar"a çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş.
- İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur?
- Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə də onlar gözəldi. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən?
- Yox...
- Çünki əlçatmazdılar.