Bir gün qum qasırğası bitəndə sən onun içindən necə keçdiyini, sağ qalmaq üçün necə mübarizə apardığını xatırlamayacaqsan. Fırtınanın nə zamansa bitdiyinə inanmayacaqsan. Yalnız bir şeydən əmin olacaqsan ki, qum fırtınasından çıxan zaman onun içinə girən adam deyilsən. Dəyişəcəksən.
...dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.