– Burada olmağının səbəbi özünsən. Sən özünə görə cavabdehsən. Həyatını özün alt - üst etmisən və onu düzəltmək səndən asılıdır. Başqa heç kim bunu sənin yerinə, sizin əvəzinizə edən deyil.
– Mən demirəm ki, bu iş asan olacaq. Həyatda heç nə elə - belə verilmir. Amma bu təslim olmaq üçün səbəb deyil. Siz heç təsəvvür eləmirsiniz ki, məqsədə doğru inadla getsəniz, nələrə nail ola bilərsiniz. Hər şey bir qırağa, sizin cəmi bir həyatınız var, odur ki onu səmərəli yaşamağa çalışmalısınız.