İnsanın özünü yaşadığı mühitin dilində və dəyərlərində ifadə edə bilmədiyi, kəlmələrinə "yad" bir coğrafiyada sanki daim bir tərcümə axtardığı anlar olur. Elə anlar ki, insan öz həyatını yaşadığını yox, onu izah etməyə çalışdığını hiss edir. Sanki, bir labirintdə ilişib qalırsan: bir tərəfdə kitabların, fəlsəfənin və varoluşun dərinliyində nəfəs alırsan, digər tərəfdə isə həmin nəfəsi "qəribəlik" kimi qəbul edən bir sosiumun içində boğulursan. Bu vəziyyətin kökü bəzən yanlış anlaşılır. Problem çox vaxt mühitin cahilliyində deyil. Problemin kökü sənin o mühitə uyğunlaşmaq cəhdindədir. Yəni, özünə taxdığın o saxta maskada. İnsan özünü gizlətməyə başlayanda qəribə bir psixoloji parçalanma yaşayır. Biz başqalarının xoşuna gəlmək üçün öz intellektual zənginliyimizi "sosial filtr"dən keçirəndə əslində özümüzə xəyanət edirik. Daha dəhşətlisi isə odur ki, mühitə uyğunlaşmağa çalışarkən bizə yenə də "süni" deyilir. Çünki cahillik özünün çata bilmədiyi yüksəkliyi görəndə ona "süni" damğası vurmağı ən asan müdafiə mexanizmi seçir. Bu, onların sənin həqiqətini inkar etmək cəhdidir. Bəlkə də buna görə, qədim bir fəlsəfi metafora hələ də aktualdır. Platonun mağara alleqoriyası. Mağaradan çıxıb günəşi - yəni, həqiqəti və dərinliyi görən insan geri qayıtdıqda, artıq köhnə dünyanın kölgələri ilə eyni dili danışa bilmir. Çünki o artıq kölgələri yox, işığı görmüşdür. Mağarada qalanlar isə kölgələri gerçəklik saymağa davam edirlər. Sən də mağaradan çıxmısan. Günəşi - yəni, ədəbiyyatı, həqiqəti və dərinliyi görmüsən, amma geri qayıdanda kölgələrə baxıb onları gerçəklik sananlarla eyni dili danışmağa məcbur qalırsan. Onlar səni özlərindən biri hesab edirlər. Çünki sənin daxilindəki o işığı görəcək gözləri hələ formalaşmayıb. Bu vəziyyətin gətirdiyi sıxıntı çox spesifikdir: sən mühitə yad