bookismylife

Qanad açmaq istəyən ruhların ən böyük arzusu
10/10
·288 syf.··
2026 40. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Mayıs 2026 17:02
Hürr oxuyandan sonra onun təsirindən uzun müddət çıxa bilməyəcəyimi düşünürəm. Məncə bu roman sadəcə bir hekayə deyil, insan psixologiyasının dərin qatlarına enən bir əsərdir. Əsərdə hadisələr ilk baxışda adi görünür, amma hər səhifədə oxucunu düşündürən gizli məna var. Mən kitabı oxuduqca öz həyatım haqqında da düşünməyə başladım. Bəzən insanın içində elə qarışıqlıq olur ki, onu heç özü də anlaya bilmir. Xan bunu çox təsirli şəkildə göstərib. Ən çox diqqətimi çəkən məqam isə insanın taleyi ilə mübarizəsi oldu. Çünki həyatda da insanlar çox vaxt seçim etdiklərini düşünsələr də, əslində vəziyyət onları idarə edir. Aydın obrazı mənə müasir dövr insanını xatırlatdı. O, yorğun, ümidsiz və daxili boşluq yaşayan biri idi. Günümüzdə də bir çox insan belədir. İnsanlar gülür, danışır, amma daxilən özlərini tənha hiss edirlər. Məncə müəllif cəmiyyətin mənəvi yorğunluğunu bu obraz vasitəsilə göstərməyə çalışıb. Hürr obrazı isə tamam fərqli idi. O, sadəcə bir personaj kimi yox, azadlıq istəyən insan ruhu kimi təqdim olunurdu. Hürrün öz taleyinə qarşı çıxması məni çox təsirləndirdi. Çünki insan da bəzən həyatın ona yazdığı qaydaları qəbul etmək istəmir. Əsərdə reallıqla xəyalın sərhədi o qədər qarışır ki, bir müddət sonra oxucu nəyin doğru olduğunu ayırd edə bilmir. Məncə romanın ən güclü tərəfi də budur. Oxucu kitabı sadəcə oxumur, hadisələrin içində yaşayır. Hər səhifədə insanın beynində yeni suallar yaranır. “İnsan həqiqətən azaddırmı?” sualı əsər boyunca hiss olunur. Mən bu sual haqqında çox düşündüm. Çünki müasir dövrdə insanlar özlərini sərbəst hesab etsələr də, cəmiyyətin düşüncələrindən asılı yaşayırlar. İnsanlar başqalarının fikirlərinə görə dəyişirlər. Bəzən öz istəklərini belə unudurlar. Əsərdəki psixoloji gərginlik hadisələri daha maraqlı edir. Müəllif qorxu
HürrXan · Teas Press · 202550 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
2/10
·322 syf.··
2026 8. kitabı
·
7 günde okudu
·
Okunma: 18 Ocak 2026 03:18
İlk dəfə idi ki, Bukowski qələmini oxuyurdum. Düşünürəm ki, elə son olacaq. Bu kitabda Bukowski elə bil eyni həyatı dönə-dönə yaşayır və oxucunu da buna məcbur edir. İçki, qadın, yataq, dava… hamısı bir-birinin kopyasıdır. Əvvəlcə “həqiqətdir” deyirsən, amma sonra anlayırsan ki, bu həqiqət yox, bezdirici vərdişdir. Əsərin əsas obrazı olan Chinaski qadınları sevmir, sadəcə onlardan istifadə edir. Qadınlar da kitabda insan kimi yox, bir gecəlik təsəlli kimi verilir. Onların fikri, ağrısı, həyatı maraqlı deyil. Bukowski bunu səmimilik adı ilə satır, amma əslində bu, məsuliyyətsiz bir baxışdır.Dilin kobudluğu bəzən real təsir bağışlayır, amma çox vaxt boş yerə söyüş kimidir. Hər şeyi açıq demək dərinlik demək deyil. Bir yerdən sonra adam soruşur: “Bəs sonra nə?” Cavab yoxdur. Eyni içki masası, eyni yataq,eyni boşluq.Kitabda həyat dərsi yoxdur, sadəcə yorğun bir adamın özünü haqlı çıxarma cəhdi var. Qadınlar günahkar kimi göstərilir, amma əsas problem Chinaskinin özüdür. O dəyişmək istəmir, düşünmək istəmir, sadəcə yaşlanır. Qadınlar real ola bilər, amma bu reallıq tərbiyəsiz romantikadan başqa bir şey deyil. Kitab o qədər mənasız idi ki, alıntı belə tapmamışam.
QadınlarCharles Bukowski · Qanun Nəşriyyatı · 20204,252 okunma
8/10
·59 syf.··
2026 2. kitabı
·
14 saatte okudu
·
Okunma: 03 Ocak 2026 14:31
“Sahaf Mendel” insanın dünyada yerinin nə qədər kövrək olduğunu göstərən bir hekayədir. Mendel kitablarla yaşayan, həyatını səssizcə keçirən bir insandır. Onun üçün dünya kitab səhifələrindən ibarətdir. İnsanlarla deyil, kitablarla danışır. Bu səbəbdən real həyatın sərtliyini hiss etmir. Mendel pis biri deyil, əksinə çox safdır. Amma cəmiyyət saf insanları qorumur. Müharibə başlayanda Mendel nə baş verdiyini belə anlamadan cəzalandırılır. Bu hissə mənə göstərdi ki, insan bəzən heç bir günahı olmadan da əzilə bilər. Dünya ədalətli deyil. Azadlığa çıxanda Mendel əvvəlki Mendel olmur. Kitablar yerindədir, amma insanın içi boşalıb. Burada Zweig bizə deyir ki, insanın ruhu bir dəfə sarsıldımı, hər şey dəyişir. Bəzən azad olmaq belə kifayət etmir. Bu əsər mənə bir sual düşündürdü: insanı yaşadan bilikdirmi, yoxsa anlayış və mərhəmət? Mendel bilikli idi, amma anlayış görmədi. “Sahaf Mendel” bizə göstərir ki, insanı öldürən bəzən ölüm yox, unudulmaqdır.
Sahaf MendelStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202412,8bin okunma
9/10
·136 syf.··
2025 50. kitabı
Kitab qısa olsa da, ağır gəldi. Oxuduqca düşündüm: “Bəs biz ətrafda baş verən haqsızlıqlara necə baxırıq?” Həkim var, ağıllıdı guya, amma hər şeyə laqeyddi. Göz görə-görə ədalətsizliyə susur. Sonra da özü düşür həmin o palataya. Oxuyanda acığın tutur, sonra kədərlənirsən. Ən çox da “dəli” sayılan İvanın dedikləri beynimə dəyə-dəyə keçdi. Elə bil ağlı başında olan o idi, qalanlar sadəcə zombiydi. Sözün düzü, kitab məni bir az sarsıtdı. İçimdə qəribə bir narahatlıq qaldı. Amma yaxşı ki oxudum. Həyatın və cəmiyyətin soyuq üzünü elə sadə dillə göstərib ki, Çexova şapka çıxartmaq qalır.
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,4bin okunma