Atam sakitcə yatırdı. Adyalın altında atam lap balaca görünürdü. Astaca saçını sığalladım, bir neçə tükü yastığa düşdü. Ağlamağa başladım, başa düşdüm ki, atam ölür. Bu illər ərzində ilk dəfə idi ki, ağlayırdım. Həyatımda ilk dəfə atam üçün ağladım, uzun müddət toxtaya bilmədim.