📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Keçmişlə bağlı xatirələrimi qovmağa çalışırdım. Düşünürdüm ki, yaşamaq üçün bunu etməliyəm. Yalnız illər sonra başa düşdüm ki, qaçmaq ağrıları sağaltmır. Əksinə, pisləşdirir.
İnkar bizim qalxanımızdır. Keçmişimizi kəsib atmaqla və bu sükut andında bir - birimizi dəstəkləməklə həyatımıza vurduğumuz zərəri hələ anlamırıq. Əminik ki, yaşanan hər şeyi etibarlı şəkildə gizlətsək, daha xoşbəxt və əmin - amanlıqda olacağıq.
Azadlığımız və seçim imkanlarımız günbəgün daha çox məhdudlaşdırılsa da, gələcəyə dair planlar qururuq. Münasibətimiz bugünkü əndişələrdən gələcək xoşbəxtliyə keçə biləcəyimiz körpü kimidir. Planlar, ehtiraslar, vədlər. Bəlkə də, ətrafdakı bütün bu qarışıqlıq bizi daha çox sadiq olmağa, daha az sorğulamağa sövq edir. Kimsə nə olacağını bilmir, ancaq biz bilirik. Biz özümüzə, gələcəyimizə, birgə həyatımıza sahibik, bütün bunları əllərimizin bir - birinə daraqlandığını gördüyümüz kimi aydın şəkildə görürük…